• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistanda prezidentlə müdafiə naziri arasında ciddi narazılıq yaranıb

Ermənistanda prezidentlə müdafiə naziri arasında ciddi narazılıq yaranıb
22.06.2016 13:03
Ermənistanda prezident Serj Sarkisyanla müdafiə naziri Seyran Ohanyan arasında ciddi narazılıq yaranıb.
 
APA-nın məlumatına görə, "Joxovurd” qəzeti yazır ki, Ermənistan Silahlı Qüvvələrində yüksək vəzifəli şəxslərin işdən çıxarılması və korrupsiya faktları ilə bağlı prezidentlə nazir gərgin söhbət olub.
 
S. Sarkisyan son hadisələrlə bağlı S. Ohanyana bildirib ki, sadəcə, Azərbaycanla müharibə amilini nəzərə aldığı üçün onu vəzifədən azad etməyi hələlik lazım bilmir. "Lakin prezident bildirib ki, Ohanyan yaranmış vəziyyətlə əlaqədar reputasiyasını təmizləməlidir. İstefası Azərbaycanın əlində təbliğat vasitəsi olmaması üçün hələlik vəzifəsində qalacaq. Ohanyan isə yaxın ətrafına bildirib ki, istefa vermək niyyətində deyil. Pis işləyirsə, qoy, onu prezident vəzifəsindən azad etsin”, - deyə qəzet yazır.
 
Qeyd edək ki, ki, Azərbaycanla Ermənistan arasında aprel ayında təmas xəttində baş verən gərginlikdən sonra Ermənistan prezidenti S. Sarkisyanın fərmanı ilə müdafiə nazirinin müavini, nazirliyin maddi-texniki təminat departamentinin rəisi Alik Mirzabekyan, Rabitə Qoşunlarının rəisi, Müdafiə Nazirliyinin rabitə və avtomatlaşdırılmış idarəetmə sistemləri idarəsinin rəisi, general-mayor Komitas Muradyan və Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının Kəşfiyyat İdarəsinin rəisi, general-mayor Arşak Karapetyan işdən çıxarılıb.
 
Bu ilin mayında isə Ermənistan Silahlı Qüvvələrinin Silahlanma İdarəsinin rəisi, general Mels Çilinqaryan, polkovniklər Armen Markaryan və Mger Papyan Ermənistan İstintaq Komitəsinin Baş hərbi istintaq idarəsinin açdığı cinayət işləri çərçivəsində saxlanılıblar.
 
Həmin cinayət işləri keyfiyyətsiz malların alınması, habelə vəzifə səlahiyyətlərindən sui-istifadə halları ilə bağlı faktlar əsasında qaldırılıb. İlkin məlumata görə, bəzi məhsullar baha qiymətə alınıb.
 
Bundan başqa, İrəvanın Maştots rayonunun hərbi komissarlığının şöbə rəisi, podpolkovnik Şant Avetisyan 5 min dollar rüşvət alarkən saxlanılıb.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol