• $
  • €
  • ₽
  • ₺
  • £

Səməd Seyidov: “AŞPA Türkiyəyə qarşı təxribata əl atır”

Səməd Seyidov: “AŞPA Türkiyəyə qarşı təxribata əl atır”
22.06.2016 15:18
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasının plenar iclasında Türkiyə ilə bağlı müzakirə keçirilir.
 
APA-nın Avropa müxbirinin xəbərinə görə, AŞPA-nın bu gün səhər keçirilən plenar iclasında Türkiyədə demokratik təsisatların fəaliyyəti adlı hesabat ətrafında müzakirə başlayıb. Günün ikinci yarısı müzakirələr davam etdiriləcək və Türkiyə ilə bağlı hesabat qəbul olunacaq.
 
AŞPA-nın Monitorinq komitəsinin Türkiyə üzrə həmməruzəçiləri, norveçli İngebyörq Qodkesen və serbiyalı Nataşa Vuçkoviçin hazırladıqları hesabat bu ölkənin 2004-cü ildə qurumun post-monitorinq mərhələsinə keçməsindən sonra ən sərt hesabat kimi qiymətləndirilir. Sənəddə Türkiyə dövlətinin terrorizmlə mübarizə adı altında insan hüquqları, demokratiya və hüquqi dövlət prinsiplərini ciddi şəkildə pozduğu qeyd olunur. Sənəddə 2013-cü ildə Türkiyədə baş vermiş korrupsiya qalmaqalına toxunulur və bu məsələdə hökumətin əli olduğu iddia edilir. Eyni zamanda, məruzəçilər Türkiyənin PKK-ya qarşı apardığı antiterror əməliyyatlarının qeyri-proporsional olduğunu vurğulayıblar.
 
Hesabatın kifayət qədər tənqidi olmasına baxmayaraq, bir neçə parlamentar sənədə daha sərt əlavələr irəli sürüblər. Onlar 2004-cü ildən AŞPA-nın post-monitorinq dialoqu mərhələsində olan Türkiyənin monitorinq prosesinə salınmasını təklif ediblər.
 
Bu gün səhər assambleyada keçirilmiş müzakirələrdə azərbaycanlı millət vəkilləri də söz alaraq Türkiyəni müdafiə ediblər.
 
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov APA-ya açıqlamasında AŞPA-nı Türkiyəyə qarşı təxribatda günahlandırıb: "Gördüyümüz kimi, AŞPA Türkiyəyə qarşı təxribat etmək niyyətindədir. Çünki Türkiyə 2004-cü ildən assambleyanın post-monitorinq mərhələsindədir. Bunlar isə Türkiyəni yenidən monitorinq mərhələsinə qaytarmaq istəyirlər. Əslində, bu kimi təkliflər hazırkı hesabatın mövzusu deyil. Bu hesabatdan istifadə edərək belə bir təxribatçı addım atmaq istəyirlər. Hələlik məlum deyil, bu niyyətləri gerçəkləşəcək, ya yox. Ancaq hər bir halda, bir şey aydındır ki, burada biz Türkiyəyə qarşı güclü təbliğatın aparıldığını görürük və bu, bizdə çox ciddi narahatlıq yaradır. Azərbaycan nümayəndə heyəti olaraq əlimizdən gələni edirik ki, bunun qarşısını alaq, ancaq o qədər də asan deyil”.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol