• $
  • €
  • ₽
  • ₺
  • £

“Münaqişələrin həllini daim diqqətdə saxlamalıyıq”

“Münaqişələrin həllini daim diqqətdə saxlamalıyıq”
22.06.2016 16:30
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasının plenar iclasında hazırda AŞ Nazirlər Komitəsinə sədrlik edən Estoniyanın baş naziri Taavi Roivas çıxış edib.
 
APA-nın Strasburq müxbirinin xəbərinə görə, daha sonra o, assambleya üzvlərinin suallarını cavablandırıb.
 
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva həlli uzanan münaqişələrlə bağlı sual ünvanlayıb: "Dağlıq Qarabağ, Abxaziya, Cənubi Osetiya, Dnestryanı münaqişələr uzun illərdir həllini tapmır. Bunun əsas səbəblərindən biri beynəlxalq təşkilatların bu münaqişələrlə bağlı qəbul etdiyi qərarların indiyədək yerinə yetirilməməsidir. BMT Təhlükəsizlik Şurası, AŞPA-nın qəbul etdiyi qərarlar kağız üzərində qalıb və həyata keçirilmir. Sizcə bu qərarların yerinə yetirilməsi üçün daha nələr edilməlidir, hansı mexanizmlərə əl atılmalıdır? Sizin Nazirlər Komitəsinə sədrliyiniz dövründə bu məsələ, eyni zamanda münaqişələrin həlli diqqət mərkəzinizdə olacaqmı?”
 
T. Roivas cavabında münaqişələrin daim diqqətdə saxlanılması və onlar üzərində işlərin davam etdirilməsini zəruri saydığını bildirib: "Biz bu məsələni əvvəllər müzakirə etmişik. Əgər biz hansısa qətnamə qəbul etmişik və razılıq əldə etmişiksə, indi bu razılıqlara əməl edərək onların üzərində işləməliyik. Əminəm ki, hazırkı məqamda bu məsələlərin hər hansı möcüzəli həlli yolu yoxdur. Biz sadəcə, əvvəllər əldə etdiyimiz razılıqlara əməl etməliyik və bu, fikrimcə, hazırda ən yaxşı variantdır, məsələyə yararlı bir yanaşmadır. Hamımız istəyərdik ki, bütün münaqişələr dayandırılsın və hesab edirəm ki, parlamentarların edə biləcəyi işlərdən biri bu kimi məsələləri, onların həlli yolları tapılana kimi, daim gündəlikdə saxlamaq və onlar üzərində işləri davam etdirməkdir. Çünki parlamentarlar əslində təsir etmək gücünə malikdirlər və siz - burada təmsil olunan bütün ölkələrin millət vəkilləri - bundan çox yaxşı formada yararlana bilərsiniz”.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol