• $
  • €
  • ₽
  • ₺
  • £

“Düşmən artıq hiss edir ki, Azərbaycan ordusu ondan üstündür”

“Düşmən artıq hiss edir ki, Azərbaycan ordusu ondan üstündür”
23.06.2016 15:20
Bu gün Heydər Əliyev adına Ali Hərbi Məktəbin məzunlarının buraxılış mərasimi keçirilib.
 
APA-nın məlumatına görə, tədbirdə çıxış edən müdafiə nazirinin şəxsi heyət üzrə müavini, Şəxsi Heyət Baş İdarəsinin rəisi, general-leytenant Kərim Vəliyev bildirib ki, aprel ayında cəbhədə baş verən hadisələr Azərbaycan ordusunun gücünü bütün dünyaya nümayiş etdirdi: "Silahlı Qüvvələrimizin aprel ayında əks-hücum əməliyyatı nəticəsində uzun illər işğal altında olan vacib əhəmiyyətə malik yüksəkliklər azad edildi. Bu döyüşlərdə zabit və əsgərlərimizin göstərdiyi rəşadət xalqımızın yaddaşında əks olundu. Düşmən artıq hiss edir ki, Azərbaycan ordusu hər zaman ondan üstündür, vətənə, xalqa, dövlətə sədaqəti hədsizdir. Silahlı Qüvvələrin rəhbərliyi əmindir ki, bugünkü zabitlər şəhidlərimizin qisasını alacaq, torpaqlarımızın müdafiəsində qəhrəmanlıq göstərəcəklər. Torpaqlarımızın azad edilməsində vətən sizdən şücaət gözləyir”. 
 
Sonra Heydər Əliyev adına Ali Hərbi Məktəbin məzunlarına diplomlar və müdafiə naziri Zakir Həsənovun adından qiymətli hədiyyələr təqdim edilib. Məktəbi fərqlənmə diplomu ilə bitirən məzunlar üzərində aypara və ulduz təsviri olan emblemləri rəmzi yaş kötüklərinə vurublar. 
 
Daha sonra Heydər Əliyev adına Ali Hərbi Məktəbin döyüş bayrağının təhvil və qəbulu olub, Məktəbin marşı ifa edilib. Məzunların təntənəli keçidindən sonra Heydər Əliyev adına Ali Hərbi Məktəbin rəisi Füzuli Salahov çıxış edib. F. Salahov gənc zabitlərə xidmətlərində və həyatlarında uğurlar arzulayıb.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol