• $
  • €
  • ₽
  • ₺
  • £

İraq prezidenti İlham Əliyevdən kömək istədi

İraq prezidenti İlham Əliyevdən kömək istədi
01.07.2016 18:09
İraq prezidenti Fuad Məsum Azərbaycan prezidenti İlham Əliyevə məktub ünvanlayıb.
 
APA-nın məlumatına görə, F. Məsum İraq ərazisində yerləşən və Mesopotamiya sivilizasiyasına aid bir neçə abidənin UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilməsinə dəstək göstərilməsini Azərbaycan prezidentindən xahiş edib.
 
Qeyd olunub ki, İraq dövləti 7 ərazinin Ümumdünya irsi siyahısına daxil edilməsi üçün UNESCO-ya müraciət edib. Onlardan Ur, Eridu, Urik abidələrinin mədəni və arxeoloji əhəmiyyətinə, Huveyza bataqlığı, Orta bataqlıqlar və Hammar bataqlıqlarının şərq və qərb hissələrinin əhəmiyyətli təbiətinə və mədəni özünəməxsusluğuna görə həmin siyahıya daxil edilməsi məqsədəuyğun hesab olunur. Bu ərazilər dünya əhəmiyyətli bataqlıq əraziləri, yüzlərlə canlını və bitkini əhatə edən bioloji müxtəlifliyin məskəni olmaqla yanaşı, həm də qədim Şumer sivilizasiyasının müasir qalıqları kimi Ramsar Konvensiyasının siyahısına daxil edilib.
 
Bildirilib ki, 2016-cı il iyulun 10-20-də İstanbulda Ümumdünya İrsi Komitəsinin 40-cı iclasında həmin abidələrin müvafiq siyahıya daxil edilməsinə dair səsvermə keçiriləcək. Azərbaycanın ümumdünya mədəni irsinin qorunması sahəsində mühüm rolu oynadığı və buna görə də UNESCO Ümumdünya İrsi Komitəsinə üzv seçildiyi vurğulanan müraciətdə qeyd edilib ki, İraq dövləti Azərbaycanın dəstəyini böyük mənəvi yardım, daimi inkişaf və sabitliyin əldə edilməsi, ekstremizm və terrorizmlə mübarizə istiqamətində İraqa göstərilən kömək kimi qiymətləndirir.


www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol