• $
  • €
  • ₽
  • ₺
  • £

Argentina parlamentində Azərbaycanla Dostluq Qrupu yaradılıb

Argentina parlamentində Azərbaycanla Dostluq Qrupu yaradılıb
04.07.2016 11:53
Argentina Parlamentinin Deputatlar Palatası Azərbaycanla Dostluq Qrupunun yaradılması haqqında qətnamə qəbul edib.

Bu barədə "Report"a Azərbaycanın Argentinadakı səfirliyindən məlumat verilib.  

Səfirlikdən bildirilib ki, qətnamə əsasında yaradılan qrupa Deputatlar Palatasının ikinci vitse-prezidenti Patrisiya Ximenez sədrlik edəcək. Ümumilikdə yeddi deputatdan ibarət qrupun beş üzvü Argentinada hazırda iqtidarda olan "Dəyişək” siyasi blokunun nüfuzlu üzvləridir. Onlar Argentinanın böyük əyalətlərini təmsil edirlər. Qətnamədə Dostluq Qrupunun Deputatlar Palatasının Xarici Əlaqələr Komissiyası, habelə Argentina Xarici İşlər və Etiqad Nazirliyi ilə birgə əməkdaşlıq edəcəyi qeyd olunub.

Qrupun yaradılması haqqında qətnamədə Dostluq Qrupunun üzvlərinin Azərbaycanla yaxından əməkdaşlıq edəcəyi, bu istiqamətdə Deputatlar Palatasının Beynəlxalq Əlaqələr Komissiyası və Argentina Xarici İşlər və Etiqad Nazirliyi ilə birgə fəaliyyət göstəriləcəyi də bildirilir. Qrupa yaxın vaxtlarda digər deputatların da qoşulacağı gözlənilir.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Türkiyəni COP31-in təşkilinə görə təbrik edib
Siyasət 22:33
Azərbaycan Türkiyəni COP31-in təşkilinə görə təbrik edib
İtaliyanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib
Siyasət 18:57
İtaliyanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Siyasət 17:48
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Siyasət 16:34
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
Siyasət 16:24
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
Siyasət 16:02
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Siyasət 15:43
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Siyasət 15:24
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Siyasət 14:45
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol