• $
  • €
  • ₽
  • ₺
  • £

​Azərbaycan və Polşa prezidentləri görüşəcəklər

​Azərbaycan və Polşa prezidentləri görüşəcəklər
06.07.2016 09:19

Azərbaycan və Polşa prezidentləri İlham Əliyev və Ancey Duda Varşavada NATO sammiti çərçivəsində görüşəcəklər.

"Report" xəbər verir ki, bu barədə "Polskoe radio" məlumat yayıb.

Polşa prezidenti Dəftərxanasında dövlət katibi Kşiştof Şerskinin məlumatına görə, Dudanın Əfqanıstan, Azərbaycan, Latviya və Ukrayna prezidentləri ilə planlaşdırılmış görüşləri var.

"Azərbaycan Qafqazda mühüm tərəfdaşdır və bu, nəticə etibarı ilə ilk görüş olmayacaq", - deyə Şerski qeyd edib.

İyulun 8-9-da Varşavada keçiriləcək NATO sammitində 18 prezident, 21 hökumət başçısı, 41 xarici işlər naziri və 39 müdafiə naziri iştirak edəcək. Sammit üçün 2103 nəfər, NATO-nun 28 ölkəsindən və 26 tərəfdaş ölkədən 65 nümayəndə heyəti, eləcə dəBMT, Avropa İttifaqı, Dünya Bankı və NATO qərargahının nümayəndələri qeydiyyatdan keçib.

İyulun 7-də Polşa prezidenti Andjey Duda NATO baş katibi Yens Stoltenberq başçılıq etdiyi Alyansın nümayəndə heyəti ilə görüşəcək. İyulun 8-də onlar "NATO sülhün müdafiəsində: 2016 və sonra" adlı beynəlxalq ekspert konfransının açılışında iştirak edəcəklər. Dövlət və hökumət başçılarının ilk görüşü yerli vaxtla 15:30-a (Bakı vaxtı ilə 17:30-a) planlaşdırılıb. Həmin görüşdə NATO-nun şərq cinahının möhkəmləndirilməsi ilə bağlı qərarlar qəbul edilə bilər.


www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol