• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiya onlarla hərbi gəmini Xəzərə çıxardı

Rusiya onlarla hərbi gəmini Xəzərə çıxardı
11.07.2016 09:24
Rusiya hərbi aviasiyası və donanması Xəzər dənizində geniş miqyaslı təlim keçirib.

ANS PRESS-in məlumatına görə, bir həftə ərzində 20-dən çox hərbi gəmi aviasiya ilə birlikdə şərti düşmənin zərbələrini dəf etmək və onu məhv etməklə bağlı tapşırığı yerinə yetirib.

Xəzərdəki geniş miqyaslı təlimlərdə ən tücrübəli gəmi heyətlərinin bir qrupu iştirak edib. Dənizçilərin müdafiə və müharibə şəraitindəki bacarıqları yoxlanılır.

"Təlimlərdə gəmilərin və heyətin məhz döyüş bacarığı nüayiş edirilir”, - Xəzər donanması komandanının müavini Sergey Efimov deyib.

Rusiyanın Xəzər donanmasının təlimi Xəzəryanı ölkələrin hərbi gəmilərinin iştirakı ilə keçiriləcək beynəlxalq yarışa hazırlıq xarakteri daşıyıb.

Rusiya bu il iyun ayında da Xəzərdə genişmiqyaslı hərbi təlimlər keçirib. Rusiya Xəzərdə 20 gəmi və aviasiyanın iştirakı ilə müdafiə təlimi keçirib.

Təlimlərdə "Tatarıstan" və "Dağıstan" raket gəmiləri, "Mahaçkala", "Astraxan" və digər kiçik raket və artilleriya gəmiləri, həmçinin iki "Su-24", "Su-25" təyyarələri iştirak edib.

Rusiya Hərbi Dəniz Qüvvələri bu il fevralın 9-da isə Xəzər və Qara dənizdə təlimlər keçirib.

Hərbi gəmilər Cənub hərbi dairəsinin qoşunlarının döyüş hazırlığının yoxlanılması çərçivəsində Xəzər dənizi və Qara dənizdə minalar və şərti rəqibin sualtı qayıqlarının axtarışını həyata keçiriblər.

Fevralın 8-də Cənub hərbi dairəsinin qoşunları və hava-desant birləşmələrinin döyüş hazırlığının qəfil yoxlaması başlayıb. Rusiya prezidenti Vladimir Putin Cənub hərbi dairəsinin qoşunlarına, o cümlədən Xəzər və Qara dəniz donanmalarının qüvvələrinə 1 nömrəli döyüş hazırlığı əmri verib.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol