• $
  • €
  • ₽
  • ₺
  • £

“Stratfor” Qarabağ münaqişəsindən yazdı

“Stratfor” Qarabağ münaqişəsindən yazdı
14.07.2016 13:52
"Rusiya problemin həll olunmasını ən az istəyən ölkədir”.

Qarabağ münaqişəsi ilə bağlı danışıqlar status-kvoda əhəmiyyətli dəyişikliklərə gətirib çıxarmalıdır. Dağlıq Qarabağ münaqişəsinin həlli sözlərdən çox əməli iş tələb edir.

ANN.Az Report-a istinadən xəbər verir ki, bu barədə "Stratfor” analitik mərkəzinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ətrafında yaranmış cari vəziyyətlə bağlı hesabatında deyilir.

Analitik mərkəz aprel hadisələrini xatırladır və o vaxtdan bəri döyüşlərin səngidiyini, amma diplomatik aktivliyin yüksəldiyini, münaqişənin beynəlxalq ictimaiyyətin diqqətini çəkdiyini vurğulayır.

Hesabatda, həmçinin Rusiya xarici işlər naziri Sergey Lavrovun bu günlərdə Bakıya səfəri xatırladılır. Xüsusi diqqət S.Lavrovun "danışıqlar heç vaxt olmadığı qədər uğura yaxındır” sözlərinə yönəldilir. Eyni zamanda, "Stratfor” bu məsələdə hansısa detalın diqqətə çatdırılmadığını qeyd edir.

"Stratfor”un hesabatında qeyd olunur ki, Rusiya bu münaqişədə "arbitr” rolunu oynasa da, problemin həll olunmasını ən az istəyən ölkədir: 

"Çünki bu münaqişə onlara həm Ermənistan, həm də Azərbaycan üzərində nəzarəti əldə saxlamağa, eləcə də regional rəqiblərindən - Türkiyə və ABŞ-dan bir addım öndə olmağa imkan verir. Dağlıq Qarabağa sülhməramlıların göndərilməsi Moskvanın hərbi mövcudluğunu gücləndirəcək.

Bununla belə, bu addım Rusiya qoşunlarını birbaşa hərbi münaqişəyə cəlb olunma məsələsi qarşısında zəiflədəcək. Moskva isə bundan yayınmaq üçün çalışır”.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol