• $
  • €
  • ₽
  • ₺
  • £

Səfir: “Fransa Azərbaycanı yüksək qiymətləndirir”

Səfir: “Fransa Azərbaycanı yüksək qiymətləndirir”
14.07.2016 22:20
Bakıda Fransanın milli bayramı münasibətilə qəbul təşkil edilib.
 
APA-nın xəbərinə görə, qəbul hər iki ölkə himnlərinin səsləndirilməsi ilə başlayıb.
 
Qəbulda çıxış edən Fransanın Azərbaycandakı səfiri Aureliya Buşez bildirib ki, Fransa və Azərbaycan arasında həm ikitərəfli, həm də Minsk qrupu çərçivəsində əməkdaşlıq mövcuddur. İkitərəfli təmasların intensiv xarakter daşıdığını deyən səfir Fransanın Azərbaycan və Ermənistan prezidentlərinin görüşünə ev sahibliyi etməyə hazır olduğunu bildirib.  
 
"Bizim iqtisadi sahədə əməkdaşlığımız çiçəklənmə mərhələsindədir və Azərbaycanın prioritetlərini əks etdirir. Azərbaycan iqtisadiyyatının diversifikasiyasında fransız şirkətləri aparıcı rol oynayır", - deyə səfir söyləyib.
 
A. Buşezin sözlərinə görə, Fransa və Azərbaycan arasında mədəni əlaqələr yüksək səviyyədədir: "Fransa Azərbaycanın mədəni, dini tolerantlığa və dünyəviliyinə bağlılığını yüksək qiymətləndirir. Parisdə baş vermiş terrorla bağlı Azərbaycan xalqının göstərdiyi dəstəyə görə minnətdarlığını bildirirəm".
 
Bu ilin sentyabrında Fransa-Azərbaycan Universitetinin fəaliyyətə başlayacağını deyən A.Buşez Azərbaycanda 500 fransız dili müəlliminin olmasından məmnunluğunu ifadə edib.
Daha sonra çıxış edən iqtisadiyyat nazirinin müavini Sahil Babayev bildirib ki, Azərbaycan Fransa ilə müxtəlif sahələrə əməkdaşlığa əhəmiyyət verir.
 
O qeyd edib ki, iki ölkə arasında əlaqələrin inkişafında qarşılıqlı səfərlər mühüm rol oynayıb:
 "Neft sahəsi ilə yanaşı, infrastruktur, su, yol nəqliyyatı, ekoloji layihələr, dəmiryolu və bir çox digər istiqamətlərdə Fransa bizim ciddi tərəfdaşımızdır".
 
Azərbaycanın 13 şəhəri ilə  Fransanın 11 şəhəri və 1 vilayəti arasında qardaşlaşma sənədlərinin imzalandığını deyən nazir müavini bildirib ki, Azərbaycan və Fransa arasında bu sahədə əməkdaşlığın möhkəmləndirilməsi üçün Regionlararası Şuranın yaradılması barədə razılıq əldə edilib.
 
S.Babayev həmçinin,  ölkəmizin Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Fransanın səylərini yüksək qiymətləndirdiyini deyib: "Ümidvarıq ki, bu səylər öz ədalətli nəticəsini verəcək. Əminəm ki, Fransa- Azərbaycan əlaqələri bugünkü dinamika ilə daha da inkişaf edəcək, iqtisadi, siyasi, mədəni, humanitar və digər sahələrdə  bizim tərəfdaşlığımız daha da möhkəmlənəcək”.


www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol