• $
  • €
  • ₽
  • ₺
  • £

Daimi nümayəndəlik: “İşğalçı qüvvələr Azərbaycan ərazilərindən çıxarılmalıdır”

Daimi nümayəndəlik: “İşğalçı qüvvələr Azərbaycan ərazilərindən çıxarılmalıdır”
15.07.2016 10:14
"Ermənistan-Azərbaycan münaqişəsi zamanı Azərbaycan ərazilərinin qeyri-qanuni işğalı nəticəsində yaranmış status-kvo qəbuledilməzdir. Azərbaycan ərazisinin hərbi işğalı həll yolu deyil və Ermənistanın arzuladığı siyasi nəticəyə gətirib çıxarmayacaq. Vəziyyət təxirə salınmadan dəyişilməlidir”.
 
APA-nın xəbərinə görə, bu barədə Azərbaycanın ATƏT yanında Daimi Nümayəndəliyinin Daimi Şuranın 1108 saylı iclasında Avstriya xarici işlər naziri Sebastian Kurzun çıxışına cavab bəyanatında deyilir. Bəyanatda bildirilir ki, Vyana və Sankt-Peterburq şəhərlərində aparılan yüksək səviyyəli danışıqlar substantiv və məhsuldar olub:
 
"Azərbaycan ümid edir ki, görüşlərdə əldə edilmiş anlaşmalar qısa vaxtda yerinə yetiriləcək. Rusiya Federasiyasının təklif etdiyi mərhələli həll münaqişənin sülh yolu ilə tənzimlənməsi üçün yeganə mümkün seçimdir. Bu yanaşma BMT Təhkükəsizlik Şurasının müvafiq qətnamələrinə əsaslanır və ATƏT-in qərarlarında, xüsusən də 1994-cü ilin Budapeşt sammitinin qərarında əksini tapıb. Qəbuledilməz status-kvonun dəyişməsi üçün işğalçı qüvvələr Azərbaycan ərazilərindən çıxarılmalıdır”.
 
Bəyanatda ATƏT və üzv dövlətlərin münaqişənin həllinə töhfə verməsinin vacibliyi vurğulanıb, Minsk qrupuun tam tərkibdə bu işə cəlb olunmasının vacibliyi qeyd edilib.
 
Bəyanatda qaçqın və məcburi köçkünlərə xüsusi diqqət yetirilməsinin lazım olduğu diqqətə çatdırılıb: "Qaçqın və məcburi köçkün problemlərinə, onların hüquqlarının bərpası üçün lazımi diqqətin göstərilməməsi bizi insan hüquqları ilə bağlı öhdəliklərdən uzaqlaşdırır. Növbəti sədrliyi vəziyyətin düzəldilməsi üçün imkanları nəzərdən keçirməyə çağırırıq”.
 
Xatırladaq ki,  ATƏT Daimi Şurasının dünənki iclasında Avstriya xarici işlər naziri Sebastian Kurz ölkəsinin quruma sədrliyi dövründəki prioritetləri ilə bağlı çıxış edib. O, Dağlıq Qarabağ münaqişəsinin də prioritet məsələ olacağını bildirib.
 
Qeyd edək ki, Avstriya 2017-ci ilin yanvarında ATƏT-ə sədrliyini Almaniyadan təhvil alacaq.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol