• $
  • €
  • ₽
  • ₺
  • £

Prezident: “Azərbaycan və Türkiyə bundan sonra da bir-birinin yanında olacaq”

Prezident: “Azərbaycan və Türkiyə bundan sonra da bir-birinin yanında olacaq”
15.07.2016 12:57
Azərbaycan prezidenti İlham Əliyev ölkədə səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
 
APA-nın xəbərinə görə, bu yaxınlarda Varşavada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşünü və ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsi ilə bağlı danışmaq fürsəti əldə etdiklərini məmnunluqla vurğulayan Azərbaycan prezidenti iki ölkə arasında əlaqələrin bütün istiqamətlərdə uğurla inkişaf etdiyini deyib. O, Türkiyənin baş naziri Binəli Yıldırımın ilk xarici səfərini Azərbaycana etməsinin önəmini vurğulayıb. Birgə layihələrin vaxtında icra olunmasına toxunan dövlət başçısı Azərbaycan-Türkiyə birliyinin və dostluğunun getdikcə daha da möhkəmləndiyini və artıq bir çox sınaqlardan çıxdığını qeyd edərək bildirib ki, iki ölkə xalqları və digər ölkələr bu birliyin və qardaşlığın möhkəm və sarsılmaz olduğunu görürlər. Azərbaycan və Türkiyənin bundan sonra da bir-birinin yanında olacağını deyən prezident İlham Əliyev nazir Mövlud Çavuşoğlunun səfərinin ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsi istiqamətində növbəti addım olacağına əminliyini ifadə edib.
 
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu isə prezident İlham Əliyevin NATO-nun Varşava zirvə toplantısında iştirakının və keçirdiyi görüşlərin önəmini vurğulayıb. O, Türkiyə ilə Rusiya arasında əlaqələrin düzəlməsində verdiyi güclü dəstəyə görə ölkəsi və xalqı adından prezident İlham Əliyevə minnətdarlığını bildirib. Nazir son vaxtlar Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi istiqamətində atılan addımların yaxşı nəticələr verdiyini söyləyib və bu uğurların ölkəsində sevinclə qarşılandığını deyib. Türkiyə-Azərbaycan ikitərəfli münasibətlərinin mükəmməl olduğunu vurğulayan M. Çavuşoğlu xüsusilə son bir ildə əlaqələrin daha sıx şəkildə inkişaf etdiyini diqqətə çatdırıb.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol