• $
  • €
  • ₽
  • ₺
  • £

Fransaya gedən azərbaycanlıların sayı azala bilər

Fransaya gedən azərbaycanlıların sayı azala bilər
15.07.2016 17:14
"Fransada növbəti terror hadisəsinin baş verməsi ilə əlaqədar olaraq çox güman ki, Azərbaycandan bu ölkəyə gedənlərin sayında azalma olacaq. Amma bununla belə, bu haqda danışmaq hələ ki tezdir”.

Bu barədə Oxu.Az-a açıqlamasında Azərbaycan Turizm Assosiasiyasının (AzTA) idarə heyətinin sədri Nahid Bağırov deyib. 

Onun sözlərinə görə, hazırda bu ölkəyə səfərini ləğv edən vətəndaşlar yoxdur. 

N.Bağırov həmçinin xatırladıb ki, ötən ilin noyabrında Fransada baş verən terror hadisəsi ilə əlaqədar olaraq, bu ölkəyə Azərbaycandan gedənlərin sayında azalma oldu, amma sonra bu proses yenidən düzəldi. 

Yerli turizm şirkətlərindən isə bildiriblər ki, terror hadisəsi, sözsüz ki, Azərbaycandan bu ölkəyə gedən turistlərin sayına təsir edəcək.

Azərbaycan Xarici İşlər Nazirliyi Nitsada törədilmiş terror aktı ilə əlaqədar Fransadakı azərbaycanlılara xəbərdarlıq edib. 

XİN Fransanın Nitsa şəhərində törədilmiş terror aktını kəskin şəkildə pisləyib: 

"Bu terror aktı nəticəsində həyatını itirənlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə şəfa tapmasını diləyirik.

Terrorizmdən əziyyət çəkən dövlət kimi Azərbaycan Respublikası terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pisləyir.

Azərbaycan Respublikasının Fransadakı səfirliyi terror aktı nəticəsində ölən və yaralananlar arasında Azərbaycan vətəndaşının olub-olmamasını bu ölkənin müvafiq orqanları vasitəsilə araşdırır”.

XİN hal-hazırda Fransada olan Azərbaycan Respublikası vətəndaşlarını Fransa hakimiyyət orqanlarının təhlükəsizlik tədbirlərinə riayət etməyə və kütləvi yerlərdən kənar durmağa çağırıb.

Xatırladaq ki, dünən yük maşını Nitsanın İngilis sahilində Bastiliyanın fəthi şərəfinə atəşfəşanlığa tamaşa etməyə yığılan kütləyə çırpılıb. Şahidlərin sözlərinə görə, yük maşını dayanmadan təxminən iki km yol keçərək insanları əzib. Daha sonra o atəş açıb. Son məlumata görə, 80-dən çox insan ölüb. Yük maşınının sürücüsü polis tərəfindən zərərsizləşdirilib. 

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol