• $
  • €
  • ₽
  • ₺
  • £

Hikmət Hacıyev Sarqsyana cavab verib

Hikmət Hacıyev Sarqsyana cavab verib
02.08.2016 17:49
"Dağlıq Qarabağ üzərində Azərbaycanın suverenliyi gec-tez tam şəkildə təmin olunacaq”

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ermənistan prezidenti Serj Sarqsyanın Dağlıq Qarabağ haqqında sonuncu açıqlamasını şərh edib.
XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev "Report”a bildirib ki, ölkə daxilində və beynəlxalq səviyyədə nüfuzunu itirmiş Ermənistan rəhbərliyinin bu bəyanatı daxili auditoriyaya ünvanlanmış növbəti açıqlamalardan biridir: "Bu bir daha onu göstərir ki, keçmişin əsiri olan Ermənistanın siyasi rəhbərliyi bu günün reallığını dərk etmir, hələ də keçən əsrin 80-ci illərinin sonuna xas "səhra komandiri” təfəkkürü ilə düşünür.

Tarixi saxtalaşdıran Ermənistan rəhbərliyinin yaddaşını təzələyərək ermənilərin Qarabağa köçürülməsinin 150 illiyi ilə əlaqədar Ağdərə rayonunun Marağa kəndində 1978-ci ildə qurulmuş "Marağa-150” abidəsini xatırlatmaq istərdik. Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının başlaması ilə "Marağa-150” abidəsi də 1988-ci ildə qəsdən ermənilər tərəfindən məhv edildi. Bu məntiqlə yanaşsaq ermənilər köç edərək bir neçə onilliklər ərzində yaşadıqları digər ölkələrə də "tarixi erməni torpağıdır” deyə ərazi iddiaları irəli sürə bilərlər”.

O vurğulayıb ki, Ermənistan silahlı qüvvələrinin müvəqqəti işğalı altında olan Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tarixi və suveren ərazisidir: "Dağlıq Qarabağ üzərində Azərbaycanın suverenliyi gec-tez tam şəkildə təmin olunacaq. Buna əsla heç kimin şübhəsi olmasın!”

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol