• $
  • €
  • ₽
  • ₺
  • £

AHİK və 24 QHT referendumla bağlı təşəbbüs qrupu yaradıb

AHİK və 24 QHT referendumla bağlı təşəbbüs qrupu yaradıb
04.08.2016 16:21
Bu gün Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və 24 qeyri-hökumət təşkilatının (QHT) sentyabrın 26-na təyin olunmuş ümumxalq səsverməsində (referendum) təşəbbüs qrupunun yaradılması məqsədi ilə təşəbbüsçülərinin yığıncağı keçirilib.
 
APA-nın xəbərinə görə, yığıncaqda 4002 ilkin təşəbbüsçünü təmsil edən 402 nümayəndə iştirak edib. Yığıncaqda təşəbbüs qrupu yaradılıb. Təşəbbüs qrupunun adının "Vətəndaş cəmiyyəti” olmasına qərar verilib.
 
Yığıncaqda Seçki Məcəlləsinə uyğun olaraq təşəbbüs qrupunun 25 nəfər səlahiyyətli nümayəndəsi və 1 nəfər maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi təyin edilib. "Vətəndaş cəmiyyəti” təşəbbüs qrupunun qeydiyyatdan keçməsi üçün MSK-ya bildirişin təqdim edilməsinə qərar verilib.
 
Qeyd edək ki, iyulun 18-də Azərbaycan prezidenti tərəfindən "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktı layihəsi rəy verilməsi üçün Konstitusiya Məhkəməsinə göndərilib. Konstitusiya Məhkəməsinin Plenumu Konstitusiya Məhkəməsi Referendum Aktına rəy verib. Prezident İlham Əliyev Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə ümumxalq səsverməsi (referendum) keçirilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla referendum 2016-cı il sentyabrın 26-na təyin edilib. MSK-ya ümumxalq səsverməsinin (referendumun) göstərilən tarixdə keçirilməsini təmin etmək tapşırılıb.


www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol