• $
  • €
  • ₽
  • ₺
  • £

124 dairə seçki komissiyasının tərkibi yenidən formalaşdırıldı

124 dairə seçki komissiyasının tərkibi yenidən formalaşdırıldı
04.08.2016 19:45
Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.
 
APA-nın xəbərinə görə, iclasda MSK-nın 26 və 27 iyul 2016-cı il tarixli iclas protokolları təsdiqlənib. Daha sonra iclasda respublika üzrə 124 dairə seçki komissiyasının tərkibinin yenidən formalaşdırılması haqda qərar qəbul edilib. Bildirilib ki, 90 saylı Ağdaş seçki dairəsinin tərkibi Milli Məclisə keçirilən təkrar seçkilər vaxtı formalaşdırılıb. 
 
İclasda Seçki (referendum) komissiyalarının səsvermənin nəticələrinə dair yekun protokolların hazırlanması qaydası və sayı, Səsvermə bülletenlərinin mətni, forması, sayı və hazırlanması qaydaları, Ümumxalq səsverməsinin yeri və vaxtı barədə seçicilərin məlumatlandırılmasına dair bildirişlərin mətni, forması, sayı və hazırlanması qaydası ilə bağlı məsələlər müzakirə olunub və qanuna müvafiq olaraq qərar qəbul edilib.
 
İclasda bildirilib ki, gələn həftədən etibarən bülletenlərin çapına başlanılacaq. 
 
MSK sədri Məzahir Pənahov qeyd edib ki, MSK Azərbaycan Respublikası Konstitusiyası və Konstitusiyaya dəyişikliklərlə bağlı Referendum Aktı layihəsinin müqayisəli təqdimatının əks olunduğu xüsusi broşüralar hazırlayıb. O əlavə edib ki, Konstitusiyaya dəyişikliklərlə bağlı Referendum Aktı layihəsinin müqayisəli təqdimatının ölkə üzrə bütün seçicilərə çatdırılması nəzərdə tutulub: "Bu, seçicilərin Referendum Aktı layihəsi barədə aydın məlumat əldə etmələrinə imkan yaradacaq”. 

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol