• $
  • €
  • ₽
  • ₺
  • £

“Bütün hadisələrdə olduğu kimi FETÖ ilə mübarizədə də Azərbaycan bizə dəstək verir”

“Bütün hadisələrdə olduğu kimi FETÖ ilə mübarizədə də Azərbaycan bizə dəstək verir”
09.08.2016 19:45
"Xalqımız tarixi günlər yaşayır. Siz bu tarixə təkcə şahidlik etmədiniz, bizə dəstək oldunuz. Ən başlıcası odur ki, Azərbaycanı yanımızda hiss etdik. Buna görə təşəkkür edirəm”.
 
APA-nın qərb bürosunun verdiyi məlumata görə, bunu Türkiyənin Gəncədəki baş konsulu Orhan İşıq ölkəsində baş verən son hadisələrlə bağlı keçirdiyi mətbuat konfransında deyib.
 
Baş konsul 15 iyul dövlət çevrilişinə cəhdin xalq, hüquq-mühafizə orqanları və ordunun gücü sayəsində qarşısının alındığı qeyd edib: "Dövlət çevrilişi cəhdi hazırlıq dövrü keçib, vaxtaşırı təxribatlar törədilib, ölkənin siyasi sabitliyini və iqtisadiyyatını şübhə altına almaq cəhdləri edilib. Bəzi sadəlövh adamlar buna inansa da, xalqın milli iradəsi qələbə qazandı, demokratiya naminə iqtidarlı-müxalifətli həmrəylik nümayiş etdirildi”.
 
O. İşıq bütün hadisələrdə olduğu kimi FETÖ ilə mübarizədə də Azərbaycanın Türkiyəyə dəstək verdiyini xüsusi vurğulayıb. Türkiyəli diplomat iyul hadisələri zamanı xalqın vahid milli iradə nümayiş etdirməsinin bölgə ölkələri üçün bir örnək olduğunu qeyd edib. 


www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol