• $
  • €
  • ₽
  • ₺
  • £

"Dağlıq Qarabağ münaqişəsinin həllindən ən çox Ermənistan yararlanacaq"

"Dağlıq Qarabağ münaqişəsinin həllindən ən çox Ermənistan yararlanacaq"
10.08.2016 17:46
"Bu gün Ermənistan prezidenti Serj Sarqsyan Moskvaya səfər edəcək. Bunu daha müsbət bir gedişat olaraq görürük. Xüsusilə Ermənistanın işğal altında saxladığı bölgələrdən çəkilməsinə daha bir pozitiv istiqamət qazandıra biləcəyini düşünürük".

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın Azərbaycan-Türkiyə-Rusiya üçtərəfli əməkdaşlıq formatının qurulmasının əhəmiyyətindən danışarkən deyib.

Onun sözlərinə görə, üç ölkə arasında əlaqələr baxımından bu münasibət Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində əhəmiyyətli addımdır: "Bu da həyata keçərsə, Azərbaycan, Ermənistan və Türkiyə bölgədə bütün əlaqələrin daha rahatlıqla həyata keçməsinə təsir edə biləcək. İnşallah, Dağlıq Qarabağ münaqişəsi həll edildikdən sonra yaxın zamanda inkişafın olacağına ümid edirik, bölgədə görüləcək çox işlər var. Dağlıq Qarabağ münaqişəsinin həllindən, Türkiyə ilə əlaqələrin normallaşmasından ən çox Ermənistan istifadə edəcək. Bəzən dar düşüncə ilə diaspor və ya başqaları hadisələrə baxıb, özlərini bir küncə sıxılmağa məhkum edirlər. Əslində, bir az daha geniş strateji baxsalar, bu prosesdən orta və uzun vədədə həm azərbaycanlıların, həm də ermənilərin istifadə edəcəklərini özləri görəcəklər. Bu format həmin prosesə əhəmiyyətli töhfə verəcək". 


www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol