• $
  • €
  • ₽
  • ₺
  • £

Hərbi Dəniz Qüvvələrində komanda-qərargah təlimləri başlayıb

Hərbi Dəniz Qüvvələrində komanda-qərargah təlimləri başlayıb
22.08.2016 16:07
Avqustun 22-də Hərbi Dəniz Qüvvələrində komanda-qərargah təlimləri başlayıb.
 
Müdafiə Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, müdafiə naziri, general-polkovnik Zakir Həsənov Hərbi Dəniz Qüvvələrinin hərbi gəmilərin daimi bazalanma məntəqəsində olub, gəmilərin və şəxsi heyətin döyüşə hazırlıq səviyyəsini yoxlayıb.
 
Hərbi Dəniz Qüvvələri komandanı vəzifələrini icra edən 1-ci dərəcəli kapitan Hicran Rüstəmzadə qüvvə və vasitələrin tam döyüşə hazır olma dərəcəsinə gətirilmə qərarını məruzə edib.
 
Komanda Məntəqəsinə gələn müdafiə nazirinə təlimlərdə iştirak edən gəmilərin ümumi hazırlığı, Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub hissəsində əməliyyat şəraiti və Hərbi Dəniz Qüvvələrinin idarə olunması barədə operativ məlumat verilib.
 
Hərbi Dəniz Qüvvələri, Hərbi Hava Qüvvələri, eləcə də Raket və Artilleriya Qoşunlarının qüvvə və vasitələrinin cəlb olunması ilə keçirilən təlimlərin əsas məqsədi Xəzər dənizinin əməliyyat zonasında enerji infrastrukturunun mühafizəsi üzrə birgə fəaliyyətlərin planlaşdırılmasından ibarətdir.
 
Bir neçə mərhələdə icra olunacaq təlimlər avqustun 25-də sona çatacaq.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol