Giorgi Kvirikaşvili Azərbaycana rəsmi səfər yola düşüb

Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili Azərbaycana rəsmi səfərə yola düşüb.
"Report" Gürcüstan KİV-ə istinadən xəbər verir ki, onun Azərbaycan Prezidenti İlham Əliyev və baş nazir Artur Rasi-zadə ilə görüşləri planlaşdırılır.
Rəsmi görüşlərdə bir sıra ikitərəfli məsələlər müzakirə olunacaq.
Baş naziri səfər zamanı energetika naziri Kaxa Kaladze və xarici işlər nazirinin müavini Qiqi Giqiadze müşayiət edəcək.
www.ann.az
























