• $
  • €
  • ₽
  • ₺
  • £

Eks-prezidentlər Qəbələdə toplaşacaq

Eks-prezidentlər Qəbələdə toplaşacaq
06.09.2016 20:27
Dekabrın 9-10-da Qəbələdə "Artan zorakı ekstremizm və onun qarşının alınması yolları”na həsr olunan iki günlük beynəlxalq konfrans keçiriləcək.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, tədbir komitənin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun birgə təşkilatçılığı ilə baş tutacaq. Konfransda ekstremizmin yayılma səbəbləri, beynəlxalq sülhə və təhlükəsizliyə müasir təhdidlər, habelə dinc yanaşı yaşamağın təmin edilməsi üçün səyləri birləşdirməyin və tolerantlıq ideyalarına əməl etməyin zəruriliyi və digər məsələlərin müzakirəsi nəzərdə tutulub.

Tədbirdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri - Madrid Klubunun Prezidenti, Latviyanın sabiq dövlət başçısı Vayra Vike-Frayberqa, İsgəndəriyyə Kitabxanasının direktoru İsmail Seragəldin; Mərkəzin üzvləri – Polşanın sabiq Prezidenti Aleksandr Kvasnevski, Serbiyanın eks-prezidenti Boris Tadiç, Kolumbiyanın keçmiş dövlət başçısı Andres Pastrana, Rumıniyanın eks-prezidenti Emil Konstantinesku, Xorvatiyanın sabiq Prezidenti İqor Yosipoviç, Niderland Krallığının keçmiş Baş naziri Vim Kok, Bosniya və Hersoqovinanın sabiq hökumət başçısı Zlatko Lagumciya, Gürcüstanın sabiq Baş nazirinin müavini Eka Tkeşelaşvili və digərləri daxil olmaqla 20-dən çox ölkənin keçmiş dövlət və hökumət başçısının, habelə nüfuzlu siyasətçilərin elm və mədəniyyət xadiminin iştirakı gözlənilir.

Qeyd edək ki, dekabrın 7-8-də isə Qəbələdə Diasporla İş üzrə Dövlət Komitəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin dəstəyi ilə Madrid Klubunun növbəti illik toplantısı keçiriləcək.


www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol