• $
  • €
  • ₽
  • ₺
  • £

Ceyms Uorlik: "Dağlıq Qarabağ münaqişəsi gərginləşə bilər"

Ceyms Uorlik: "Dağlıq Qarabağ münaqişəsi gərginləşə bilər"
11.09.2016 23:00
"Bir çoxları Dağlıq Qarabağ münaqişəsini dondurulmuş adlandırır, amma gördüyümüz kimi, xüsusilə də son vaxtlar, bu heç də belə deyil".

"Report" xəbər verir ki, bu sözləri ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik "İnterfax"a müsahibəsində bildirib.

O bunun olduqca aktiv münaqişə olduğunu bildirib:

"Bu çox aktiv münaqişədir. Biz aprelin əvvəlində onun nə dərəcədə təhlükəli ola biləcəyini gördük".

"Bir neçə il öncə mən bu vəzifəyə keçəndə, daha çox snayperlər təhlükə kəsb edirdilər. Və çoxlu sayda insanın snayper gülləsi ilə öldürülməsi çox məyusedicidir.

Bu gün vəziyyət daha da təhlükəlidir. Çünki biz burada raket və digər ağır texnikaların mövcudluğunu görürük. Biz apreldə bunun nə dərəcədə təhlükəli ola biləcəyini gördük. Düşünürəm ki, bütün bu ağır texnikalarla münaqişənin gərginləşmə riski var. Təhlükə sadəcə gərginləşmə ilə bağlı deyil, mənfi nəticələrə gətirib çıxara biləcək səhv hesablamalar da ola bilər.

Ona görə, mən bunu tam da dondurulmuş münaqişə adlandırmazdım, mən onu olduqca aktiv, tərəfimizdən böyük diqqət tələb edən münaqişə adlandırardım. Düşünürəm ki, bu münaqişəni idarə olunan hesab edənlər, yanılırlar. Bu səbəbdən nizamlanmanın yolları, düşünürəm ki, Rusiya, Fransa və ABŞ-ın birgə işləyə biləcəyi sahədən keçir".


www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol