• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan 22 məhbusu "İrana təhvil verir"

Azərbaycan 22 məhbusu "İrana təhvil verir"
29.05.2020 06:04
İran xarici işlər nazirinin müavini Həsən Qaşqavi bildirib ki, Azərbaycandakı 22 iranlı məhbus İrana təhvil veriləcək, Tasnim xəbər agentliyi xəbər verir.

Cənab Qaşqavi 22 iranlı məhbusun sentyabr ayının 12-də İrana təhvil veriləcəyini deyib.

"İranın Bakıdakı səfirliyinin cəhdləri və xaricdə yaşayan iranlılarla iş üzrə departamentin gördüyü işlər nəticəsində İran İslam Respublikası və Azərbaycan Respublikası arasında məhbusların dəyişdirilməsi razılaşmasına uyğun olaraq 22 (iranlı) məhbus Qurban bayramı günü (12 sentyabr) təhvil veriləcək," agentlik cənab Qaşqaviyə istinadən bildirib.

Xəbəri Azərbaycan hökuməti ilə dəqiqləşdirmək mümkün olmayıb.

2014-cü ilin aprel ayında da İranla Azərbaycan arasında məhbusların dəyişdirilməsi həyata keçirilib.

Həmin vaxt Azərbaycan prezidenti İlham Əliyevin İrana rəsmi səfəri öncəsi Azərbaycan 14 iranlı məhbusu İrana təhvil verilib, əvəzində iki azərbaycanlı məhbus ölkəyə qaytarılıb. //bbc.com/azeri

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol