• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanlı məmur Nyu-Yorkda Ermənistanı ifşa etdi

Azərbaycanlı məmur Nyu-Yorkda Ermənistanı ifşa etdi
20.09.2016 10:01
"Məcburi köçkünlərin adambaşına düşən sayına görə dünyada ən böyük yükü Azərbaycan daşıyır.
 
Modern.az-ın xəbərinə görə bunu Nyu-Yorkda BMT Baş Assambleyasının "Qaçqın və miqrantların böyük axınının aradan qaldırılması” mövzusunda keçirilən sammitində çıxışı zamanı Azərbaycan Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev deyib.
 
"Artıq 25 ildən çoxdur ki, Ermənistan beynəlxalq hüquq norma və prinsiplərini kobud şəkildə pozur, hazırkı "status-kvo"nun möhkəmləndirilməsinə yönəlmiş səylərini davam etdirir və məcburi köçkün düşən yüz minlərlə azərbaycanlının öz doğma torpaqlarına qayıtmasını əngəlləyir.
 
Bundan əlavə, qeyd etmək lazımdır ki, Ermənistan hazırkı qaçqın böhranından sui-istifadə edərək Suriya ermənilərini Azərbaycanın işğal olunmuş ərazilərinə yerləşdirir", - deyə F.Nəbiyev əlavə edib.
 
Xidmət rəisi bildirib ki, Azərbaycan hakimiyyəti məcburi köçkün probleminin həllini tam olaraq öz üzərinə götürüb. Xidmət rəisinin sözlərinə görə, Azərbaycan hökuməti sözügedən insanların məşğulluq, təhsil, mənzil, sosial və tibbi təminat məsələlərinin həllinə yönəlmiş tədbirlər həyata keçirir:
 
"Onlar üçün, xüsusilə yüz yeni qəsəbə salınıb. Cəmi son 20 ildə Azərbaycan hakimiyyəti məcburi köçkünlərin problemlərinin həllinə təqribən 6 milyard dollar vəsait sərf edib", -deyə o bildirib.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol