• $
  • €
  • ₽
  • ₺
  • £

“Avropa parlamenti İlham Əliyevin dünənki çıxışından nəticə çıxaracaq” - Millət vəkili

“Avropa parlamenti İlham Əliyevin dünənki çıxışından nəticə çıxaracaq” - Millət vəkili
21.09.2016 12:30
"Ölkə başçısının dünən Avropa İttifaqı deputatlarını qəbul edərkən etdiyi çıxış həqiqətən də çox düzgün atılmış addımdır.

 Prezident çıxışı ilə Azərbaycanın qətiyyətli və prinsipial mövqeyini ortaya qoydu və çox haqlı sözlər dedi”.

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Asim Mollazadə deyib. Deputat bildirib ki, prezidentin dünən etdiyi çıxış Azərbaycana qarşı aparılan kampaniyanın iç üzünü açdı:

"Prezident İlham Əliyev Azərbaycana qarşı aparılam qərəzli informasiya müharibəsinin konkret faktlarını ortaya qoydu.

Hesab edirəm ki, Azərbaycan ikitərəfli və qarşılıqlı maraqlar çərçivəsində bütün ölkələr və beynəlxalq təşkilatlarla münasibətlərini qurmaq istəyir. Bu, bizim əsas məqsədimizdir”.
Asim Mollazadə deyib ki, əgər Avropa parlamenti və qurumları Azərbaycana qarşı qərəzdən əl çəkməsələr, münasibətlər heç də yaxşı olmayacaq:

"Biz gözləyirik ki, beynəlxalq təşkilatlar Azərbaycana beynəlxalq hüquq prinsipləri və qanunun aliliyi ilə yanaşsınlar. Yalnız bu halda Azərbaycan Avropa İttifaqı, Avropa parlamenti və digər qurumları ilə normal münasibətlər qura bilər və mövcud münasibətlər normallaşar.

Əks halda, biz heç kəsə, heç bir dövlətə, təşkilata Azərbaycanla istədiyi kimi davranmağa, öz maraq və prinsiplərini üstün tutmağa imkan verməyəcəyik. Azərbaycan xarici siyasəti hər zaman tərəfdaşlığa və əməkdaşlığa tam hazırdır. Çünki burada Avropanın maraqları olduğu kimi, Azərbaycanın da maraqları var”.

Deputat hesab edir ki, prezident İlham Əliyevin dünənki sərt çıxışından Avropa parlamenti və Avropa Birliyi nəticə çıxaracaq:

"Hesab edirəm ki, ölkə başçısının dünənki çıxışından sonra Avropa parlamentinin erməni lobbisinin təsiri altında olan və olmayan qüvvələri öz səhvlərini başa düşəcəklər. Onlar biləcəklər ki, Azərbaycana qarşı aparılan haqsız və əsassız informasiya müharibəsinə yol vermək olmaz.

Bizim istəyimiz odur ki, Azərbaycana qarşı haqsız və böhtan xarakterli informasiya müharibəsinə son qoyulsun. Bu gün çox zəngin şəkildə təşkilatlanmış erməni lobbisinin təsiri altında olan Avropa qurumları artıq bu yoldan dönməlidirlər.

Azərbaycan xaricdən, müxtəlif beynəlxalq təşkilatlardan gələ biləcək hücum və təsirlərə qarşı hər zaman ayıq olmalıdır”.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Ərdoğan Ceyhun Bayramovu qəbul edib
Siyasət 18:30
Ərdoğan Ceyhun Bayramovu qəbul edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol