• $
  • €
  • ₽
  • ₺
  • £

“Azərbaycan nüvə silahlarının yayılmamasına dair beynəlxalq səyləri dəstəkləyir”

“Azərbaycan nüvə silahlarının yayılmamasına dair beynəlxalq səyləri dəstəkləyir”
21.09.2016 23:32
"Bu il Nüvə Sınaqlarının Hərtərəfli Qadağan Olunması üzrə Müqavilənin (NSHQM) imzalanma üçün təqdim olunmasının 20 illiyi tamam olur. Azərbaycan bu təşəbbüsün irəli sürüldüyü vaxtdan etibarən dəstəkləyən ilk ölkələrdən biri olub”.
 
XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Nüvə Sınaqlarının Hərtərəfli Qadağan Olunması üzrə Müqavilənin Dostları qrupu tərəfindən təşkil olunmuş 8-ci Nazirlər toplantısında çıxışı zamanı bildirib.
 
"Biz NSHQM-nin qüvvəyə minməsinə Nüvə Silahının Yayılmaması Müqaviləsində nəzərdə tutulan nüvədən azad dünyanın yaradılması üçün əhəmiyyətli addım kimi baxırıq. Nüvə tərksilahına potensial töhfəsi ilə yanaşı, biz, həmçinin Müqavilənin icrasının verifikasiya sistemindən əldə olunan mülki və elmi faydaları yüksək qiymətləndiririk. Nüvə tərksilahı və nüvə silahının yayılmaması məsələlərinə müraciət etmək üçün Nüvə Sınaqlarının Hərtərəfli Qadağan Olunması üzrə Müqavilə Təşkilatının səylərini təqdir edirik. Biz bir sıra dövlətlər tərəfindən həyata keçirilən nüvə sınaqlarına dair könüllü moratoriumları alqışlayırıq. Buna baxmayaraq, ayrıca dövlətlər tərəfindən həyata keçirilən moratoriumlar beynəlxalq sülh və təhlükəsizlik üçün əsas addım olan Müqavilənin qüvvəyə minməsini əvəz edə bilməz. Biz bir daha Müqaviləni hələ də ratifikasiya etməyən II Əlavəyə qoşulan dövlətləri bu istiqamətdə səylərini əsirgəməməyə çağırırıq”, - deyə E.Məmmədyarov bildirib.
 
Nazir vurğulayıb ki, nüvə silahlarının yayılmamasına dair Müqavilədə əks olunan nüvəsiz dünya baxışına sadiq olaraq, Azərbaycan bu xüsusda olan beynəlxalq səyləri fəal şəkildə dəstəkləyir: "Məmnuniyyətlə qeyd etmək istərdim ki, Azərbaycan İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının həyata keçirilməsinə öz töhfəsini verir. Belə ki, bu razılaşmanın əhatə dairəsi çərçivəsində materialların ərazisi boyunca tranzitinə imkanlar yaradır”.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Ərdoğan Ceyhun Bayramovu qəbul edib
Siyasət 18:30
Ərdoğan Ceyhun Bayramovu qəbul edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol