• $
  • €
  • ₽
  • ₺
  • £

"İsraildə Azərbaycanla münasibətlərin əleyhinə olan partiya yoxdur"

"İsraildə Azərbaycanla münasibətlərin əleyhinə olan partiya yoxdur"
22.09.2016 22:43
"Azərbaycan İsrail üçün çox vacib ölkədir. Azərbaycan müstəqilliyini bərpa etdiyi gündən iki ölkə arasında münasibətlər çox yaxşı səviyyədədir”.
 
APA-nın İsrailə ezam olunmuş müxbiri xəbər verir ki, bunu İsrail Fəhlə Partiyasının baş katibi, Knessetin (parlament) vitse-spikeri Hilik Bar deyib.
 
Onun sözlərinə görə, iki ölkə arasında münasibətlər strateji əməkdaşlıq səviyyəsindədir: "Bizim Azərbaycandan, Azərbaycanın da bizdən öyrənəcəyi çox şey var. Biz Qafqazda belə güclü və vacib müttəfiqimizin olmasından çox məmnunuq. Bu, İsrailin xarici siyasət istiqmətlərindən biridir. Bunu möhkəmləndirmək üçün əlimizdən gələni edəcəyik. İsraildə elə partiya tanımıram ki, Azərbaycanla münasibətlərin əleyhinə olsun. Kəskin solçu partiyalardan kəskin sağçı partiyalara kimi hamısı Azərbaycanla İsrail arasında münasibətlərin çox vacib olduğunu hesab edir, bunu daha da gücləndirmək üçün çalışır”.
 
O, Azərbaycanda yaşayan yəhudilərin özlərini evlərindəki kimi hiss etdiklərini bildirib: "Mən Sizi yəhudiləri müdafiə etdiyiniz, onlara özlərini öz evlərindəki kimi hiss etmələrinə şərait yaratdığınız üçün alqışlayıram. Hər ölkədə yəhudilərə, o cümlədən də digər azlıqlara qarşı bu qədər tolerant ola bilmirlər. Hətta ağır günlərində belə Azərbaycan yəhudiləri, sinaqoqları müdafiə etdi, qorudu. Bunu edə bilən hər bir ölkə böyük ölkədir, xalqı güclü xalqıdır. Mən bunu həqiqətən yüksək qiymətləndirirəm”. 

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol