• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan “ADEX 2016”da yeni müdafiə məhsulları təqdim edəcək

Azərbaycan “ADEX 2016”da yeni müdafiə məhsulları təqdim edəcək
22.09.2016 12:51
Sentyabrın 27-30-da Bakı Ekspo Mərkəzində müasir silah və texnikanın nümayişi - "ADEX 2016” II Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi keçiriləcək.

"Report"un məlumatına görə, müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev bildirib ki, bu il sərgidə dünyanın 34 ölkəsini təmsil edən 216 şirkət, 19 ölkədən 25 rəsmi nümayəndə heyəti iştirak edəcək: "Sərgi çərçivəsində Azərbaycan milli pavilyonu ölkənin milli müdafiə kompleksini təqdim edəcək. Nazirliyin müəssisələri müdafiə və xüsusi təyinatlı məhsulları, eləcə də silah-sursat nümunələrini nümayiş etdirəcəklər".

Onun sözlərinə görə, builki sərgidə yerli eksponatların sayı artıb: "Müdafiə Sənayesi Nazirliyi, eləcə də nazirliyin nəzdindəki struktur və zavodlar, o cümlədən Müdafiə Nazirliyi və ANAMA agentliyi sərgidə fəal iştirak edəcəklər. Sərgi çərçivəsində Azərbaycanın müdafiə sənayesinin bir sıra yeni məhsullarının təqdimatı planlaşdırılır". 

Qeyd edək ki, sərgi Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü, Müdafiə Nazirliyinin dəstəyi ilə keçirilir. Bu il sərgini nazir, hərbi idarə rəhbərlərinin başçılıq etdiyi 25 rəsmi nümayəndə heyəti, Türkiyə, Rusiya, İsrail, Pakistan, İran və digər ölkələrin müvafiq strukturlarının nümayəndələri ziyarət edəcəklər. Öz nümayəndə heyətlərini sərgiyə ilk dəfə göndərən ölkələr arasında Bolqarıstan, Bosniya və Herseqovina, həmçinin Serbiya yer alır. Sərgidə ilk dəfə zirehli texnikalara xidmət və texniki baxış üzrə servis mərkəzi layihəsi təqdim ediləcək.


www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol