• $
  • €
  • ₽
  • ₺
  • £

İlham Əliyev: "Azərbaycan xalqı azad şəkildə öz iradəsini ifadə edəcək"

İlham Əliyev: "Azərbaycan xalqı azad şəkildə öz iradəsini ifadə edəcək"
25.09.2016 15:18

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 25-də Aleksandr Nikoloskinin rəhbərlik etdiyi və AŞPA-nın Azərbaycan üzrə həmməruzəçiləri Stefan Şennak və Sezar Florin Predanın daxil olduqları Avropa Şurası Parlament Assambleyasının Referendumu Dəyərləndirmə Missiyasını qəbul edib.

Dövlətimizin başçısı sentyabrın 26-da Azərbaycan Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə keçiriləcək referendumla bağlı Azərbaycan hökumətinin maksimum şəffaflığın təmin edilməsi üçün işlər gördüyünü bildirdi.

Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan xalqı azad şəkildə öz iradəsini ifadə edəcək və bunun üçün bütün tədbirlər görülüb.

Dövlətimizin başçısı Avropa Şurası Parlament Assambleyasının Referendumu Dəyərləndirmə Missiyasının ölkəmizə böyük nümayəndə heyəti ilə səfər etməsinin əhəmiyyətini vurğulayaraq Azərbaycanın Avropa Şurasının çox fəal üzvü olduğunu, 15 ildən artıq müddətdə bu təşkilatla tarixi əməkdaşlıq həyata keçirdiyini məmnunluqla qeyd etdi.

Azərbaycan Prezidenti bildirdi ki, bu illər ölkəmiz üçün inkişaf, müasirlik və transformasiya baxımından əhəmiyyətli illər olub. Prezident İlham Əliyev ölkəmizin Avropa təsisatları ilə müxtəlif formatlarda sıx əməkdaşlıq etdiyini vurğuladı.

Avropa Şurası Parlament Assambleyasının Referendumu Dəyərləndirmə Missiyasının rəhbəri Aleksandr Nikoloski başçılıq etdiyi nümayəndə heyətinə müxtəlif siyasi qrupların daxil olduğunu dedi. Aleksandr Nikoloski referendumu müşahidə etmələri üçün yaradılan şəraitə görə Azərbaycan rəhbərliyinə, Azərbaycan parlamentinə minnətdarlığını bildirdi. O, referendumun keçirilməsi üçün bütün lazımi şəraitin yaradıldığını dedi və qeyd etdi ki, Azərbaycan Avropa Şurası üçün çox önəmli ölkədir.

Görüşdə Azərbaycanla Avropa Şurası Parlament Assambleyası arasında əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıldı.

Sonda xatirə şəkli çəkdirildi.


www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol