• $
  • €
  • ₽
  • ₺
  • £

Pakistanın baş naziri Azərbaycana səfər edəcək

Pakistanın baş naziri Azərbaycana səfər edəcək
27.09.2016 20:47
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Pakistanın Federal müdafiə sənayesi naziri Rana Tanvir Hussainin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

XİN-in mətbuat xidmətindən Oxu.Az verilən xəbərə görə, Rana Tanvir Hussain "ADEX 2016” ikinci Azərbaycan Beynəlxalq müdafiə sərgisinin yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb və Pakistanın Ermənistan-Azərbaycan münaqişəsinin həllində Azərbaycanın ədalətli və haqlı mövqeyini qəti və prinsipial şəkildə dəstəklədiyini bildirib.

Nazir Elmar Məmmədyarov Pakistanın bu mövqeyinin yüksək qiymətləndirildiyini və yaxın zamanda Pakistanın baş nazirinin Azərbaycana planlaşdırılan səfərinin ikitərəfli əlaqələrin inkişafına mühüm töhfə verəcəyini qeyd edib.

Görüşdə Azərbaycan və Pakistan arasında ikitərəfli siyasi əlaqələrin yüksək səviyyədə inkişaf etdiyi vurğulanıb və digər sahələrdə olduğu kimi, müdafiə və hərbi sənaye sahəsində əməkdaşlığın daha da genişləndirilməsi üçün əlverişli imkanların mövcudluğu qeyd olunub. Özəl sektor, əczaçılıq, toxuculuq, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi və birgə səylərlə iki ölkə arasında ticarət dövriyyəsinin artırılmasının vacibliyi vurğulanıb.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol