• $
  • €
  • ₽
  • ₺
  • £

Mədət Quliyev: MDB ölkələrində yeni təhdid elementləri ortaya çıxıb

Mədət Quliyev: MDB ölkələrində yeni təhdid elementləri ortaya çıxıb
28.09.2016 17:12
Bakıda MDB ölkələri xüsusi xidmət və təhlükəsizlik orqanları rəhbərlərinin 41-ci iclası keçirilir.

ANN.Az APA-ya istinadən xəbər verir ki, iclasda çıxış edən Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev bildirib ki, son görüşdən bu yana MDB ölkələrində operativ vəziyyətin xarakterinə təsir edəcək hadisələr baş verib, çağırış və təhdidlərin yeni elementləri ortaya çıxıb.

"Onların həlli üçün birgə müzakirələr və ümumi yanaşmanın işlənməsi tələb olunur. Bugünkü iclasın mövzusu MDB məkanında təhlükəsizliyin təminatı sahəsində böyük miqyasda problemlərlə bağlıdır. Buraya terrorçuluq və dini ekstremizm, transregional mütəşəkkil cinayətkarlıqla mübarizə daxildir.

Ümid edirəm ki, gündəlikdə olan məsələlər forum iştirakçılarına tərəfdaşlıqda onlar üçün daha çox vacib olan məsələləri söyləməyə və əlaqələrin gələcək inkişafını müəyyənləşdirməyə imkan verəcək. Qarşılıqlı fəaliyyət sahəsində praktikamız bir daha göstərir ki, yalnız birgə səy və koordinasiyalı fəaliyyət, müasir çağırış və təhdidlərə qarşı mübarizədə fikir və informasiya mübadiləsi aparmaqla ölkələrimizin təhlükəsizliyi və stabilliyinin təminatı sahəsində effektiv nəticəyə nail olmaq mümkündür”.

Xidmət rəisi ümid etdiyini bildirib ki, tədbir ümumi təhlükəsizliyin təminatı məsələsində həm ikitərəfli, həm də çoxtərəfli səviyyədə qarşılıqlı fəaliyyət üçün əlavə təkan verəcək, əməkdaşlıq əlaqələrinin inkişafına imkan yaradacaq.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol