• $
  • €
  • ₽
  • ₺
  • £

Əli Həsənov: “Müsəlmanları terrorçu kimi təqdim etmək yolverilməzdir”

Əli Həsənov: “Müsəlmanları terrorçu kimi təqdim etmək yolverilməzdir”
29.05.2020 04:33
"İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının jurnalistlərini birləşdiricək və informasiya sahəsində vahid platforma kimi qurumun yaradılması bir neçə ildir ki, ən müxtəlif səviyyələrdə müzakirə olunub. Sevindirici haldır ki, bu təşəbbüsün reallaşması üçün praktiki addımlar atılır. Bu təşkilat müsəlmanların uğurlu birlik modelidir. Hazırda dünyada, xüsusilədə müsəlman ölkələrində narahatlıq doğuran hadisələr baş verir”.

"Report”un xəbərinə görə, bunu Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının konfransında deyib. 

O bildirib ki, Suriyada baş verənlər, Dağlıq Qarabağın işğal edilməsi sabit müsəlman ölkələrini narahat etməyə bilməz: "Qərbin bəzi islamafob dairələri müsəlman ölkələrində baş verənləri qərəzli təqdim edirlər. İslamı zərərli element kimi qələmə vermək doğru deyil. Müsəlmanları terrorçu kimi qələmə vermək, təqdim etmək yolverilməzdir. Bu, müsəlmanları ciddi narahat edir. Bilirsiz ki, Azərbaycanın tarixi ərazisi Dağlıq Qarabağ işğal olunub. Ermənistan beynəlxalq aləmin qərarlarını icra etmir. Buna oxşar problem digər ölkələrdə də var. Bunun üçün vahid islam əməkdaşlığı vacibdir”.

Ə.Həsənov qeyd edib ki, İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin KİV-ləri arasında obyektiv məlumat mübadiləsinin yaradılmasına ciddi ehtiyac var: "Bu qurum həmişə müsəlman birliyinə töhfə verib, bundan sonra da verəcək. Müsəlman dünyasının milli-mənəvi dəyərlərinin təbliği əsas məsələdir”.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol