• $
  • €
  • ₽
  • ₺
  • £

Polad Bülbüloğlu: “Bircə Qarabağ problemini həll etmək qalıb”

Polad Bülbüloğlu: “Bircə Qarabağ problemini həll etmək qalıb”
12.10.2016 13:57
"Putin-Əliyev-Ərdoğan, eləcə də Putin-Əliyev-Ruhani üçtərəfli formatları sülh və sabit region yaratmaq üçün ciddi irəliləyişin olduğunu göstərir”.
 
Azərbaycanın Rusiyadakı səfirliyindən APA-nın Moskva müxbirinə verilən məlumata görə, bu sözləri səfir Polad Bülbüloğlu "Vestnikkavkaza” agentliyinə müsahibəsində bildirib.

Rusiya, Azərbaycan və Türkiyə prezidentlərinin Dünya Enerji Konqresində iştirakını, əldə olunan anlaşmaları və tədbirə dünya ictimaiyyətinin böyük marağını şərh edən səfir deyib ki, təkcə Dağlıq Qarabağ problemi həll olunmamış qalıb: "Bircə Dağlıq Qarabağ problemini həll etmək qalıb. Rusiya və Türkiyə ilə böyük əlaqələri olan bir qardaş ölkə kimi bizi onların münasibətlərində 180 dərəcə dönüş yaranması çox şad edir. Bu gün iki ölkə arasında iqtisadi və mədəni əlaqələr tam həcmdə bərpa olunur. Bununla əlaqədar bir müddət əvvəl televiziya ekranlarından Türkiyəyə və onun prezidentinə hədyanlar yağdıranlara müraciət etmək istərdim. İndi onların tamaşaçılara deməyə sözləri yoxdur. Politoloqlar irəliyə baxmalıdırlar və anlamalıdırlar ki, bu gün Türkiyə, Rusiya, Azərbaycan və İran arasında əlaqələr region və dünya üçün, xüsusilə də müxtəlif güc mərkəzlərinin qarşıdurmasında, çox vacibdir. Mən şəxsən bu görüşü yüksək qiymətləndirirəm. Mənə elə gəlir ki, bu, bizim ölkələrimizin qarşılıqlı əlaqələri tarixində yeni dönəmdir”. 


www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol