• $
  • €
  • ₽
  • ₺
  • £

“Azərbaycana saxta sənədli miqrant axını artır” - Fuad Ələsgərov

“Azərbaycana saxta sənədli miqrant axını artır” - Fuad Ələsgərov
12.10.2016 18:44
"Yaxın Şərqdə yaşanan miqrasiya problemləri Azərbaycana da təsir edir. Azərbaycana saxta sənədlərlə getdikcə daha çox miqrant daxil olmağa çalışır".
 
Bunu Azərbaycan Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov Bakıda keçirilən Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrinin miqrasiya orqanlarının rəhbərləri Şurasının 19-cu iclasında çıxışı zamanı deyib.

"Bu gün miqrasiya sahəsində böhranın təsirinin ən bariz nümunəsi Suriyadan milyona yaxın qaçqının kütləvi şəkildə Avropaya gedişidir. Yüz minlərlə suriyalı qaçqın Avropa ölkələrində sığınacaq axtarmaq məcburiyyətində qalıb. Ancaq bu ölkələrdə onlara, o cümlədən qadınlara və uşaqlara qarşı sərt və qəddar siyasət nümayiş etdirilir", - deyə F.Ələsgərov bildirib.

F.Ələsgərov qeyd edib ki, belə güclü miqrasiya axını Qərb ölkələrinin siyasətinin nəticəsində yaranıb.

Onun sözlərinə görə, hazırda Avropada miqrasiya məsələlərinin həll üzrə aktiv müzakirələr aparılsa da, xüsusi səmərəli həllər hələ də tapılmayıb.

"Bir çox hallarda qaçqınların hüquqları qorunmur. Avropa ölkələrində miqrasiya böhranı fonunda ksenofobiya, islamofobiya, milliyyətçilik xüsusiyyətləri artır və bəzi avropalı siyasətçilər populyarlıqlarını artırmaq üçün tez-tez bunların adlarını çəkir", - deyə şöbə müdiri bildirib.

F.Ələsgərov Azərbaycanın bu sahədə əməkdaşlığın inkişafına böyük əhəmiyyət verməklə miqrasiya problemlərinin həllinə öz töhfəsini verdiyini əlavə edib.

"Ermənistanın etnik təmizləmə siyasəti və Azərbaycan torpaqlarının 20% faizini işğal etməsi nəticəsində Azərbaycan postsovet məkanında böyük miqrasiya axını ilə üzləşən ilk ölkə olub. Bir milyondan çox adam öz doğma torpaqlarını tərk etmək məcburiyyətində qalıb, respublikanın hər səkkiz nəfərindən biri qaçqın olub", - deyə F.Ələsgərov vurğulayıb. //bizimyol.info


www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol