• $
  • €
  • ₽
  • ₺
  • £

Əli Əhmədov Putinin köməkçisinin Qarabağ bəyanatını şərh etdi

Əli Əhmədov Putinin köməkçisinin Qarabağ bəyanatını şərh etdi
15.10.2016 14:50
"ATƏT-in Minsk Qrupunun həmsədri olan dövlətin nümayəndəsi tərəfindən belə bir bəyanatın səsləndirilməsi o qədər də yerinə düşmür. Bundan əvvəl ABŞ dövlət katibi tərəfindən də buna bənzər bəyanat səsləndirilmişdi və Azərbaycan hökuməti, ictimaiyyəti bu bəyanata kifayət qədər sərt, ədalətli reaksiya vermişdi".
 
APA-nın məlumatına görə, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakovun Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində ciddi irəliləyiş gözləmədikləri barədə bəyanatına münasibət bildirən baş nazirin müavini Əli Əhmədov deyib.
 
Ə. Əhmədov bildirib ki, hər bir Azərbaycan vətəndaşları Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll olunmasını arzu edir: "Status-kvonun yaxın zamanlarda dəyişdirilməsi bütövlükdə regionda sabitlik, əmin-amanlığın təmin edilməsi üçün ən düzgün yollardan biridir. Münaqişənin həll olunması üçün yaradılmış Minsk Qrupunun həmsədrləri belə bəyanat səsləndirirlərsə, bu, həmin vəzifəni üzərinə götürmüş həmsədrlərin həmin öhdəlikləri yerinə yetirmək iddiasında, gücündə olmadığı anlamına gəlir. Minsk qrupunun kifayət qədər səy göstərdiyini də qeydə etmək istəyirəm. Ancaq bu bəyanatlar fəaliyyət əmsalının üzərinə çox ciddi kölgə salır. Bir tərəfdən bu, ədalət baxımından düzgün yanaşma deyil, digər tərəfdən, Minsk qrupunun fəaliyyətinin səmərəliliyi baxımından məqbul olmayan bir yanaşmadır".

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol