• $
  • €
  • ₽
  • ₺
  • £

5 rayonun qaytarılmasına Rusiyadan MÜNASİBƏT

5 rayonun qaytarılmasına Rusiyadan MÜNASİBƏT
18.10.2016 17:55
ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri İqor Popov APA-ya müsahibə verib. 
 
- Həmsədrlərin regiona növbəti səfərinin tarixi və proqramı məlumdurmu?
 
- Bölgəyə oktyabr ayının üçüncü ongünlüyündə səfər etməyi planlaşdırırıq. Azərbaycan, Ermənistan və Dağlıq Qarabağa səfər edəcəyik. Rəhbər şəxslər, hərbçilərlə görüşlər nəzərdə tutulur. Münaqişə zonasında durumun sabitləşməsinə yönəlik Vyana və Sankt-Peterburq anlaşmalarının reallaşmasının gedişatını nəzərdən keçirməyi planlaşdırırıq. Mövcud işçi təkliflər nəzərə alınmaqla, danışıqlar prosesinin perspektivlərini müzakirə edəcəyik. Münaqişə zonasında hərbi vəziyyəti dəqiqləşdirəcəyik. Qiymətləndirməyimizə görə, bu vəziyyət aprel hadisələrindən bu vaxtadək nisbi sakit olub.
 
- Sentyabrın 8-də ATƏT-in Minsk qrupu həmsədrlərinin Moskvada keçirilən görüşünü necə qiymətləndirirsiniz? Rusiya xarici işlər naziri Sergey Lavrov da sizi qəbul etdi. Təəssüratlarınız necədir, görüşdə hansı təkliflər müzakirə olunub?
 
- Moskvada həmsədrlərin plan üzrə məsləhətləşmələri olub. Həmçinin Rusiya XİN başçısı ilə görüş keçirilib. Bu görüşdə Vyana və Sankt-Peterburq sammitlərinin nəticələri daxil olmaqla, Dağlıq Qarabağ nizamlanması ilə bağlı məsələlər detallı şəkildə müzakirə olunub. Sergey Lavrov həmkarlarını Rusiyanın şəxsi vasitəçilik səyləri ilə bağlı məlumatlandırıb, İrəvan və Bakıda Qarabağ problemi mövzusunda aparılan danışıqların qiymətləndirilməsini bölüşüb. Amerikalı və fransalı həmsədrlər öz ölkələrinin "üçlüyün” kollektiv mövqeyini əks etdirən nizamlanma məsələlərinə yanaşmalarını təsdiqləyiblər.
 
- Hazırda danışıqlar prosesində Dağlıq Qarabağa bitişik 7 işğal olunmuş rayondan beşinin qaytarılması məsələsinin yer aldığı barədə məlumat yayılıb. Bununla bağlı mövqeyinizi öyrənmək istərdik.
 
- Dağlıq Qarabağ ətrafındakı ərazilərin qaytarılması ilə bağlı fikrimizi dəfələrlə bildirmişik. Bu problemi Dağlıq Qarabağın statusu, bütün qaçqınların qaytarılması, Dağlıq Qarabağla Ermənistanı birləşdirən dəhlizin saxlanılması, sülhməramlı əməliyyatın keçirilməsi kimi məsələlər daxil olmaqla, nizamlanmanın digər elementləri ilə yanaşı nəzərdən keçirmək lazımdır. Nizamlama prosesi - vahid paketdir, bu və digər tərəfin üstünlük verdiyi ayrı-ayrı elementlərin prioritet kimi götürülməsi qeyri-produktivdir.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol