• $
  • €
  • ₽
  • ₺
  • £

XİN: Azərbaycan buna heç vaxt razılıq verməyəcək

XİN: Azərbaycan buna heç vaxt razılıq verməyəcək
18.10.2016 23:10
Rəsmi Yerevan xülyalara qapanıb öz xalqını aldatmaq əvəzinə qoşunlarının işğal olunmuş bütün Azərbaycan ərazilərindən çıxarılmasını təmin etməlidir.

Bunu XİN-nin Mətbuat Xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibinin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bəyanatını və danışıqlar prosesini təhrif edən açıqlmasını Trend-ə şərh edərkən bildirib.

H.Hacıyevin sözlərinə görə, Ermənistan xarici işlər nazirliyinin mətbuat katibi "Dağlıq Qarabağ xalqının öz iradəsini ifadə etməklə Dağlıq Qarabağın statusunun müəyyən edilməsi ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bəyanatlarında təsbit olunub” deməklə təmsil etdiyi qurumun ənənələrinə sadiq qalaraq Ermənistan ictimaiyyətini aldatmaq və özünə təsəlli verməklə məşğuldur: "ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bəyanatlarında qeyd olunduğu kimi Dağlıq Qarabağın bütün əhalisinin, o cümlədən azərbaycanlı icmasının iradəsi ilə Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin statusu danışıqlar prosesinə uyğun olaraq yalnız konsensus vasitəsilə müəyyən oluna bilər. Prezident İlham Əliyev tərəfindən "Sputnik” Beynəlxalq İnformasiya Agentliyinə ətraflı müsahibəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin muxtariyyət statusu ilə əlaqədar məsələlərə təfərrüatı ilə aydınlıq gətirilib".

Azərbaycan XİN rəsmisi bildirib ki, Ermənistanın kriminal hərbi xunta rejimindən fərqli olaraq, Azərbaycan rəhbərliyinin xalqla dialoqu və beynəlxalq ictimaiyyətə müraciəti açıq və aydın xarakter daşıyır: "Dövlətimizin başçısı Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Dağlıq Qarabağın müstəqilliyinə razılıq vermək üçün Azərbaycana göstərilən təzyiqlərdən danışdı. Lakin, nitqinin ardınca Prezident İlham Əliyev bildirdi ki, heç vaxt Azərbaycan buna razılıq verməyəcək, Dağlıq Qarabağ bizim ayrılmaz tarixi torpağımızdır və biz ərazi bütövlüyümüzü bərpa etməliyik. Bu dövlətimizin başçısı tərəfindən ifadə olunan Azərbaycanın qəti və prinsipial mövqeyidir. Göründüyü kimi, rəsmi Yerevan xülyalara qapanıb öz xalqını aldatmaq əvəzinə qoşunlarının işğal olunmuş bütün Azərbaycan ərazilərindən çıxarılmasını təmin etməli və dərin siyasi-iqtisadi, maliyyə və demoqrafik böhran şəraitindən çıxmaq üçün münaqişənin həlli ilə yaranacaq imkanlardan istifadə etməyi düşünməlidir. Rəsmi Yerevan nəhayət anlamalıdır ki, beynəlxalq ictimaiyyət onun nazı və arzuları ilə oynamayacaq".
 
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol