• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistanda müharibə XOFU

Ermənistanda müharibə XOFU
29.05.2020 07:01
"Aprel müharibəsi”ndən sonra Ermənistan hökuməti, erməni hərbi-siyasi dairələri çaşqınlıqlarını, əl-ayağa düşdüklərini nümayiş etdirdilər. 

Bu, əslində belə də olmalı idi, çünki Ermənistan cəbhədəki insident zamanı işğal etdiyi torpaqların bir qisminin əlindən çıxacağını gözləmirdi.
 
Azərbaycan ordusunun strateji yüksəklikləri işğaldan azad etməsi, üstəgəl düşmən tərəfin verdiyi xeyli itki bu gün də Ermənistanı isteriya, təlaş içərisində saxlayır.

Modern.az saytının məlumatına görə, Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan "Azadlıq” radiosunun erməni xidmətinə müsahibəsində Azərbaycanın yenidən müharibəyə başlayacağı barədə təlaşlı anons verib.
 
"Azərbaycan həmişə müharibəyə hazırlaşıb. Xüsusilə 2003-cü ildən sonra bu hazırlıq başqa mərhələyə qədəm qoydu. Bizdə məxfi və qeyri-məxfi məlumatlar var. Amma mən nə zaman və hansı formada müharibəyə hazırlıq görülməsi, onun müddəti haqqında bir şey açıqlamağı yanlış hesab edirəm”,-deyə o bildirib.
Ovannisyan qeyd edib ki, yaxın zamanlarda genişmiqyaslı müharibənin olacağını söyləmək olmaz.
O, Azərbaycanın arsenalında olan silahlardan da söz açıb. Mətbuat katibi etiraf edib ki, Azərbaycanda daha müasir silahlar var. Ovannisyan Ermənistana satılan "İsgəndər” raketlərindən də danışıb.
 
"Azərbaycan  bəzi növ silahlarla daha çox təchiz edilib... İstənilən yeni hərbi texnika meydana çıxması ilə balansın müqayisəsini ortaya qoyur. "İsgəndər”i isə çox da müzakirə etmək lazım deyil. "İsgəndər” Ermənistanın arsenalında olan ən uzaqvuran silahlardan biridir. Bununla belə, Azərbaycan buna cavab verəcək silaha malikdir.
 
Belə fikirlər mövcuddur ki, biz "İsgəndər” hesabına qüdrətli olmuşuq. Amma mən bu fikrin əleyhinəyəm. Qüdrətli, yenilməzlik barədə söhbət belə, gedə bilməz”.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol