• $
  • €
  • ₽
  • ₺
  • £

Poroşenkodan Qarabağ açıqlaması

Poroşenkodan Qarabağ açıqlaması
27.10.2016 11:26
Ukrayna prezidenti Pyotr Poroşenko Azərbaycanın bu ölkədəki səfiri Azər Xudiyevin etimadnaməsini qəbul edib.

ANN.Az azvision.az-a istinadən xəbər verir ki, Poroşenko Azərbaycan, İraq və Polşanın Ukraynaya təyin olunmuş yeni səfirlərinin etimadnamələrini qəbul edib. 

Azərbaycanın Ukraynadakı səfiri A.Xudiyev etimadnaməsini Ukrayna Prezidenti Pyotr Poroşenkoya təqdim edərək, ona Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin xoş və səmimi salamlarını çatdırıb.

Etimadnaməni qəbul edən prezident Pyotr Poroşenko Azərbaycanla Ukrayna arasındakı tarixi dostluq əlaqələrindən söz açıb. O, səfir A.Xudiyevə ölkələrimiz arasındakı çoxşaxəli əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində uğurlar arzulayıb.

P.Poroşenko BMT TŞ-da Azərbaycanın Ukraynanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyinə görə Azərbaycan dövlətinə minnətdarlığını bildirib. Rəsmi Ukraynanın Dağlıq Qarabağ münaqışəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsi istiqamətində yürütdüyü siyasətin dəyişmədiyini və bundan sonra da beynəlxalq arenada Azərbaycanın istənilən haqqlı mövqeyinə dəstək verəcəyini qeyd edib.

Bu ilin iyul ayında Azərbaycana rəsmi səfərini məmnunluqla xatırlayan P.Poroşenko Prezident İlham Əliyevin rəhbərliyi ilə tək Azərbaycanda deyil, ümumiyyətlə, bölgədə qlobal sosial iqtisadi layihələrin həyata keçirildiyini bildirib. O, ölkəmizin inkişaf edərək cənubi qafqazda lider dövlətə çevrilməsinin fərəhləndirici hal olduğunu qeyd edərək, son illər yenidən qurulmuş Bakı şəhərinin gözəlliyinə valeh olduğunu deyib.

P.Poroşenko Azərbaycan və Ukrayna Prezidentləri Şurasında, o cümlədən iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası komissiyasının 11-ci iclasında əldə olunmuş razılaşmaların yerinə yetirilməsinin vacibliyini bildirib. Rəsmi Kiyevin Azərbaycanla iqtisadi, ticari əlaqələrin inkişaf etdirilməsinə xüsusi maraq göstərdiyini söyləyən P.Poroşenko bu istiqamətdə ölkələrimiz arasında müştərək istehsalat şirkətlərinin qurulmasının zəruriliyini qeyd edib.

Azərbaycanın dövlət müstəqilliyinin 25-ci ildönümü münasibəti ilə xalqımıza xoş və səmimi təbriklərini ünvanlayan P.Poroşenko müstəqil dövlətimizin inkişafı naminə müstəsna xidmətlər göstərən Prezident İlham Əliyevə səmimi salamlarını çatdırmağı xahiş edib.

Azərbaycanla bağlı dediyi isti və səmimi sözlərə görə, Ukraynanın dövlət başçısına dərin minnətdarlığını bildirən səfir A.Xudiyev beynəlxalq arenada strateji müttəfiqlər kimi tanınan Azərbaycan Ukrayna dostluğunun daha da inkişaf etdirilməsi üçün əlindən gələni əsirgəməyəcəyini vurğulayıb.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol