• $
  • €
  • ₽
  • ₺
  • £

"Qarabağ"da müharibə TƏHLÜKƏSİ - Ekspert danışdı

"Qarabağ"da müharibə TƏHLÜKƏSİ - Ekspert danışdı
01.11.2016 13:53
Bu gün aprel hadisələrinin baş verməsindən təxminən, 7 ay ötür. Xeyli müddət keçməsinə baxmayaraq, eməni tərəfi aprel məğlubiyyətini qəbul etməyərək, təxribata əl atmaqdan çəkinmir.

Erməni təxribatlarına qarşılıq verilməsini nəzərə alaraq, aprel döyüşlərinin təkrarlanacağı gözlənilirmi?
 

Üzeyir Cəfərli - hərbi ekspert
 
Hərbi ekspert Üzeyir Cəfərli ANN.Az-a açıqlamasında bildirib ki, aprel döyüşləri ifadəsi işlədilsə də, əslində, Azərbaycan ordusu həmin vaxt düşmən hücumlarını dəfetmə əməliyyatı həyata keçirib:
 
"Döyüşlərdə çox cüzi şəxsi heyətlə iştirak etmişik. Demək olar ki, döyüş birqadasının heç biri tam heyətlə döyüşə qatılmayıb. Əgər briqada iştirak etsəydi, (briqadanın döyüş təminatını təmin edən hava qüvvələri, artilleriya, tanklar, piyadaların döyüş maşını və s.) vəziyyət tamamilə, başqa cür olardı. Həmin döyüşlərdə xüsusi təyinatlı hərbi qulluqçularımız iştirak edirdi”. 

"İndi vəziyyət elədir ki, istənilən an aprel hadisələri təkrarlana bilər. Bu səbəbdən də, Müdafiə naziri hər dəfə çıxışında döyüşə tam hazır olduğumuzu bildirir. İstənilən an düşmən təxribata əl ata bilər. Həmçinin, işğal altında olan ərazilərimizi əldən vermək fikrində deyil. Buna görə də, döyüş vəziyyətinə hər an hazır olmalıyıq. Cəhbədə vəziyyət gərgindir. Çünki düşmən aprel hadisələrindən sonra məğuliyyəti boynuna almayaraq, təxribatlardan əl çəkmir. Oktyabrın 26-da düşmən aprelin əvvəllərində işğal etdiyi Azərbaycan torpaqlarını itirdiklərinə görə, torpaqları "geri qaytarmaq” üçün əməliyyat keçirmək istədi. Ancaq ordumuzun qabaqlayıcı tədbirləri nəticəsində, düşmən əməliyyatı iflasa uğradıldı”, - deyə Ü. Cəfərli əlavə edib. 

Ekspert ermənilərin Talış kəndində hərbi parad keçirməsi haqqında yayılan məlumatları  düşmənin növbəti uydurma təxribatı ilə əlaqələndirdi: 
 


"Parad olmasını əsla düşünmürəm. Ordumuzun iki addımlığında parad keçirilməsi mümkün deyil. Yayılan şəkillər montaj olunmuş, saxta informasiyalardır. Guya ermənilər orada parad keçiriblər. Erməni başını itirib ki, aprelin əvvəlində uğursuzluğa düçar olduğu Talış kəndində parad keçirsin? Bundan başqa, onlar paradı nə münasibətlə keçirə bilərlər ki? Sentyabrın 21-i deyil ki, deyək, müstəqillik günü ilə əlaqədar parad keçirilir. Onlar hansı günlərinə parad təşkil etsinlər? Ermənistan bu cür uydurma, montaj edilmiş şəkillər düzəltməklə, Azərbaycana psixoloji təsir göstərməyə cəhd edirlər. Bako Saakyan aprel məğlubiyyətini erməni xalqına unutdurmaq üçün aprel savaşında ölən erməni ailələri üçün beşmərtəbəli yaşayış binasının təməlqoyma mərasimi keçirib. Həmin kadrlara baxanda da görünür ki, orada  iki cüt, bir tək adam var. Onların necə aciz və yox olduqları artıq sübut olunur”.

Qeyd edək ki, aprel 1-də başlayan erməni təxribatı həmin ayın 5-i saat 12.00-dan etibarən, Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində tərəflərin razılığı ilə  dayandırılıb.  

Orxan Aslanlı
www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol