Rəsmi Bakıdan ABŞ-dakı seçkilərə REAKSİYA

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) ABŞ-da keçirilən prezident seçkiləri ilə bağlı mövqeyini açıqlayıb.
XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev AzVision.az-a bildirib ki, Azərbaycan Respublikası heç bir dövlətin daxili işlərinə qarışmır.
"Seçkilər Amerika xalqının iradəsini ifadəsidir. Seçkilərin nəticələrindən asılı olmayaraq, Azərbaycan Respublikası Amerika Birləşmiş Ştatları ilə olan tərəfdaşlığı bundan sonra da xalqlarımızın iradəsinə uyğun olaraq davam etdirəcək".
www.ann.az
























