Səfirlik vətəndaş qəbulunu dayandırdı

Rusiyanın Azərbaycandakı səfirliyinin konsulluq şöbəsi bu gündən müvəqqəti olaraq ziyarətçi qəbulunu dayandırıb.
AzVision.az Rusiya səfirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, işlərin dayandırılmasına səbəb konsulluq şöbəsinin fasadının təmiri ilə əlaqədardır.
Şöbənin fəaliyyəti dekabrın 5-də bərpa olunacağı bildirilir.
Bu tarixə qədər konsulluq şöbəsi yalnız ekstremal və müstəsna hallarda yardım göstərəcək.
www.ann.az
Son xəbərlər 
Daha çox 























