• $
  • €
  • ₽
  • ₺
  • £

Nazir Qarabağ münaqişəsinin gərginləşməsinin əsas səbəbini açıqladı

Nazir Qarabağ münaqişəsinin gərginləşməsinin əsas səbəbini açıqladı
08.12.2016 18:08
"Ermənistan silahlı birləşmələrinin qanunsuz şəkildə Azərbaycanın işğal olunmuş ərazilərindəki mövcudluğu münaqişənin gərginləşməsinin əsas səbəbidir”.

Oxu.Az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-ə üzv olan ölkələrin Xarici İşlər Nazirləri Şurasının Hamburqda keçirilən 23-cü iclasında deyib.

Onun sözlərinə görə, Ermənistan silahlı birləşmələrinin Azərbaycan torpaqlarındakı mövcudluğu siyasi həll üçün maneədir: "Bu ilin aprel ayında münaqişənin gərginləşməsi təmas xəttindəki mövcud vəziyyətin təhlükəli olduğunu və onun hər an pisləşə biləcəyini xatırlatdı. Yəqin, ATƏT-də bu münaqişədə status-kvonun davamlı ola bilməməsi haqqında praktiki anlayış var”.

Nazir Vyana və Sankt-Peterburqda yüksək səviyyədə aparılan müzakirələri yüksək qiymətləndirib və ATƏT-in Minsk qrupunun həmsədrlərinə göstərdikləri səylərə görə təşəkkür edib: "Bu dinamikanı qorumalı və bu görüşlərdə əldə olunan anlaşmaları fəaliyyətimizlə sübüt etməliyik. ATƏT-in Minsk qrupunun bu istiqamətdə addımlar atacağına ümid edirik”.

E.Məmmədyarov bildirib ki, münaqişənin nəticələrinin dərhal aradan qaldırılması - Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması, nəqliyyat və rabitə əlaqələrinin bərpa edilməsi, qaçqın və məcburi köçkünlərin təhlükəsiz və ləyiqli şəkildə öz torpaqlarına qaytarılması münaqişə dinamikasını dəyişməyə və ümumilikdə regionda təhlükəsizliklə bağlı vəziyyəti yaxşılaşdırmağa imkan verəcək.

Nazir təəssüflə vurğulayıb ki, Ermənistan tərəfi münaqişənin həlli üzrə danışıqlarda konstruktiv iştirak etmək istəmir:

"Ermənistan işğal olunmuş ərazilərdə hərbi gücünü artırır, oradakı vəziyyəti dəyişir. Bax, bunlar Ermənistanın real məqsədlərini göstərir. Yaxın gələcəkdə Ermənistanın münaqişənin həlli üzrə danışıqlarda səmimi olub-olmayacağını və ya regionda qeyri-sabitliyi artırmağa davam edib-etməyəcəyini görəcəyik”.


www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol