• $
  • €
  • ₽
  • ₺
  • £

XİN həmsədrlərin bəyanatına münasibət bildirdi

XİN həmsədrlərin bəyanatına münasibət bildirdi
09.12.2016 18:27
"ATƏT-in Minsk qrupu həmsədrlərinin bəyanatında bir daha mövcud vəziyyətin qəbuledilməz və təhlükəli olması və hər zaman gərginləşə biləcəyi öz əksini tapıb”. 

Bu sözləri APA-ya açıqlamasında ATƏT-in Minsk qrupu həmsədrlərinin bəyanatını şərh edən Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

H.Hacıyev bildirib ki, bəyanatda münaqişənin mərhələli yolla həlli üçün atılmalı olan addımlar sadalanır və burada ilk addım Azərbaycanın Dağlıq Qarabağ regionu ətrafında olan ərazilərin işğaldan azad edilməsi, məcburi köçkünlərin geri qayıtmasının təmin olunmasıdır:

"Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərində qanunsuz mövcudluğu münaqişə zonasında gərginliyin əsas səbəbi və münaqişənin siyasi həllinə başlıca maneə olaraq qalır. Aprel ayında qoşunların təmas xətti boyunca mülki Azərbaycan əhalisinin, şəxsi və dövlət mülkiyyət obyektlərinin Ermənistan silahlı qüvvələri tərəfindən ağır silahlardan hədəfə alınması və nəticə etibarilə, Ermənistanın təhriki və təxribatı ilə başlayan gərginlik bir daha mövcud status-kvonun qəbuledilməz olduğunu sübut etdi. 

Bütün beynəlxalq ictimaiyyət, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədr ölkələri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində status-kvonun qəbuledilməz və qeyri-davamlı olduğunu dəfələrlə bəyan ediblər. Status-kvonun dəyişdirilməsi üçün ilk addım Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasıdır. Azərbaycan Vyana və xüsusilə Sankt-Peterburqdakı yüksək səviyyəli substantiv müzakirələri doğru istiqamətdə atılmış müsbət addımlar kimi qiymətləndirir. Həmsədrlərin bəyanatında qeyd olunduğu kimi, Azərbaycan tərəfi hal-hazırda gündəlikdə olan işçi təkliflər əsasında substantiv danışıqlar vasitəsilə münaqişənin həllinin və regionda davamlı sülhün bərqərar olmasının tərəfdarıdır. 

Amma Ermənistan tərəfi substantiv danışıqlardan yayınmaq üçün şərtlər və bəhanələr irəli sürür, görüşlərdən yayınır, Vyana və Sankt-Peterburq razılaşmalarına zərbə vurur, cəbhədə gərginlik yaradır və açıq şəkildə sülh prosesini pozmaq siyasəti yürüdür. Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində hərbi quruculuğunu möhkəmləndirmək, bu ərazilərin demoqrafik, mədəni və fiziki xarakterini qanunsuz olaraq dəyişmək cəhdlərini davam etdirməsi Ermənistan tərəfinin əsl niyyətini ortaya qoyur. ATƏT-in Minsk qrupunun həmsədrləri də Ermənistanın bu kimi addımlarına adekvat münasibət bildirməli, Ermənistanın danışıqlar prosesində konstruktiv və xoş niyyətlə iştirakını təmin etmək üçün zəruri addımlar atmalıdırlar”. 

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Türkiyəni COP31-in təşkilinə görə təbrik edib
Siyasət 22:33
Azərbaycan Türkiyəni COP31-in təşkilinə görə təbrik edib
İtaliyanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib
Siyasət 18:57
İtaliyanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Siyasət 17:48
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Siyasət 16:34
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
Siyasət 16:24
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
Siyasət 16:02
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Siyasət 15:43
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Siyasət 15:24
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Siyasət 14:45
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol