• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyənin ordu generalı aprel döyüşlərindən danışdı

Türkiyənin ordu generalı aprel döyüşlərindən danışdı
15.12.2016 12:38
Azərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyev Türkiyə Silahlı Qüvvələrinin Birinci Ordu komandanı, ordu generalı Musa Avseverlə görüşüb.

Görüşdə M. Avsever Azərbaycan və Türkiyə arasında olan dostluq və qardaşlıq münasibətlərinin qorunmasının və daha da inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb. Ümummilli lider Heydər Əliyevin "bir millət, iki dövlət” kəlamını xatırladan ordu generalı diqqətə çatdırıb ki, eyni tarixə, kökə, dilə, dinə və ənənələrə mənsub olan iki qardaş xalq arasında əlaqələrin qorunması və inkişafı tarixi əhəmiyyət daşıyır.

Azərbaycanın dövlət müstəqilliyini bərpa edəndən sonra hərbi və müdafiə sənayesi sahəsində əldə etdiyi uğurları yüksək qiymətləndirən M.Avsever Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hələ də həll olunmamasından narahatlığını ifadə edib. Bildirib ki, aprel döyüşlərində işğal altındakı torpaqların bir qisminin düşməndən azad edilməsi Azərbaycan Ordusunun şücaətinin və qüdrətinin göstəricisidir.

M.Hacıyev bir neçə gün əvvəl İstanbulda törədilən terror aktı nəticəsində şəhid olanlara Allahdan rəhmət, yaralılara şəfa diləyib. Baş konsul diqqətə çatdırıb ki, Türkiyədə baş verən istənilən xoşagəlməz hadisə, o cümlədən terror aktları Azərbaycanda böyük sıxıntı ilə qarşılanır. Biz erməni terrorizmdən əziyyət çəkən ölkəyik. Azərbaycan bütün məsələlərdə, o cümlədən terrorçuluqla mübarizədə qardaş Türkiyənin yanındadır. //Azərtac

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol