• $
  • €
  • ₽
  • ₺
  • £

"Moskvada Azərbaycanın ticarət nümayəndəliyi açılacaq" - İlham Əliyev

"Moskvada Azərbaycanın ticarət nümayəndəliyi açılacaq" - İlham Əliyev
16.12.2016 16:25
Azərbaycan prezidenti İlham Əliyev Rusiyanın Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
 
Görüşdə dövlət başçısına Həştərxan Dövlət Universitetinin Fəxri professoru diplomu təqdim olunub.
 
Qubernator Aleksandr Jilkin Həştərxan vilayəti ilə Azərbaycan arasında əməkdaşlığın yüksək səviyyədə qurulmasına verdiyi dəstəyə görə İlham Əliyevə minnətdarlığını bildirib. Qonaq Həştərxandakı Azərbaycan diasporunun səmərəli fəaliyyət göstərdiyini deyib və vurğulayıb ki, bir çox sahələrdə, o cümlədən iqtisadi və sosial sahələrdə Azərbaycan diasporu çox işgüzar və etibarlı fəaliyyət göstərir. O, gələn il Həştərxan quberniyasının 300 illik yubileyinin keçiriləcəyini bildirib. Prezident İlham Əliyevi yubiley tədbirlərinə dəvət edən Aleksandr Jilkin Azərbaycan prezidentinin həmin mərasimlərdə iştirakından şərəf duyacaqlarını söyləyib.
 
 
 
Həştərxan sakinlərinin Azərbaycana xüsusi rəğbət bəslədiklərini deyən qonaq Azərbaycan tərəfinin dəstəyi ilə Həştərxanda Heydər Əliyevin abidəsinin ucaldılmasını və ətrafında abad parkın salınmasını Həştərxan üçün gözəl hədiyyə kimi qiymətləndirib. Qeyd edib ki, hazırda yeni ailə quran gənclərin həmin parka gələrək abidə önünə gül dəstələri qoyması artıq ənənə halı alıb. Qubernator bildirib ki, Heydər Əliyev Fondunun dəstəyi ilə Həştərxanda inşa edilən məktəb, uşaq bağçası da dostluğun gözəl nümunələridir. Bu gün vilayətdə Azərbaycan biznesinin fəallaşdığını qeyd edən rusiyalı qonaq əməkdaşlığın təməlində yüksək etimad və hörmətin dayandığını deyib. Aleksandr Jilkin hazırda Azərbaycanın və Həştərxanın bir sıra şirkətləri arasında işgüzar əlaqələrin qurulduğunu vurğulayıb, Həştərxanda Azərbaycanın biznes mərkəzinin inşa edilməsinin planlaşdırıldığını diqqətə çatdırıb.
 
Həştərxan ilə Bakı arasında tarixən yaxın əlaqələrin olduğunu bildirən dövlət başçısı Həştərxanda olarkən burada baş verən müsbət dəyişikliklərin, şəhərin abadlaşmasının, infrastruktur layihələrinin həyata keçirilməsinin, tarixi abidələrin qorunmasının xoş təəssürat bağışladığını söyləyib və bu münasibətlə qubernatora təbriklərini çatdırıb. Həştərxanda yaşayan azərbaycanlılara göstərilən xoş münasibətə görə təşəkkürünü bildirən prezident İlham Əliyev soydaşlarımızın özlərini bu şəhərdə doğma evlərindəki kimi hiss etdiklərini vurğulayıb. Ölkələrimiz arasında iqtisadi sahədə əməkdaşlığa toxunan prezident İlham Əliyev yaxın zamanlarda Azərbaycanın xaricdə ilk ticarət nümayəndəliyinin Moskvada açılacağını, sonradan isə Rusiyanın digər regionlarında, o cümlədən Həştərxanda da ticarət-biznes nümayəndəliyinin fəaliyyətə başlamasının nəzərdə tutulduğunu bildirib. Dövlət başçısı bütün bunların ölkələrimiz arasında idxal-ixrac proseslərini sürətləndirəcəyinə əminliyini ifadə edib.
 
 
Sonra Həştərxan Dövlət Universitetinin rektoru vəzifəsini icra edən Aleksandr Lunov təhsil sahəsində Rusiya-Azərbaycan münasibətlərinin inkişafına verdiyi böyük töhfəyə görə Azərbaycan prezidenti İlham Əliyevin universitetin Fəxri professoru adına layiq görülməsi barədə təmsil etdiyi ali təhsil ocağının Elmi Şurasının qərarını elan edib.
 
Fəxri professor diplomu və mantiyası dövlət başçısına təqdim olunub.
 
Universitetin fəxri professoru adına layiq görülməsindən şərəf duyduğunu deyən prezident İlham Əliyev bu qərara görə minnətdarlığını bildirib. Dövlət başçısı təhsil sahəsində Rusiya ilə sıx əməkdaşlıqdan danışaraq qeyd edib ki, bu gün onun təşəbbüsü ilə Bakıda Rusiyanın iki nüfuzlu ali təhsil ocağı – Lomonosov adına Moskva Dövlət Universitetinin və Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filialları fəaliyyət göstərir. Təhsil sahəsinə ölkəmizdə böyük əhəmiyyət verildiyini vurğulayan dövlət başçısı bu sahədə əməkdaşlığın xalqlarımızı daha da yaxınlaşdırdığını vurğulayıb.
 
*** 
 
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev dekabrın 16-da Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
 
ANN.Az xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.
 
www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol