• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiyalı səfir niyə öldürüldü? - Ekspertdən ŞƏRH

Rusiyalı səfir niyə öldürüldü? - Ekspertdən ŞƏRH
19.12.2016 22:15
"Rusiya səfiri Andrey Karlovun Ankarada öldürülməsi Moskvanın Suriyada Bəşər Əsədə verdiyi dəstək və Hələb şəhərinin Əsəd ordusunun nəzarəti altına keçməsi ilə bağlıdır"
 
ANN.Az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun Ankarada güllələnməsini hadisəsini şərh edərkən deyib.

 
 
Politoloqun sözlərinə görə, Rusiya tərəfinin ilk reaksiyası bu olacaq ki, Türkiyə tərəfi sərgiyə qatılan səfirin təhlükəsizliyini təmin etməli idi: 

"Səfirə kimin atəş açdığı da vacibdir. Əgər Rusiya səfirini DAİŞ deyil, Suriya silahlı müxalifətinin təmsilçisinin vurduğu təsdiq olunarsa. Moskvanın Ankaradan tələbi Suriyanın silahlı müxalifətinə dəstəkdən əl çəkməsi olacaq. Moskvanın Ankaraya ünvanlayacağı əsas mesaj bu olacaq: "Bu da Sizin dəstək verdiyiniz hərbi müxalifət. Onların DAİŞ-dən heç bir fərqi yoxdur”. Türkiyənin problemi az idi, biri də əlavə olundu".
 
 

"Buna baxmayaraq, bu olayın təyyarə olayında olduğu kimi Rusiya-Türkiyə mənfi təsir edəcəyini düşünmürəm, tam əksinə, Ankara əlindən gələn hər şeyi edəcək ki, Suriya məsələsində Moskva ilə ortaq məxrəcə gəlsin. Çünki, Ankara səfirin vurulmasına görə üzərində mənəvi məsuliyyət hiss edəcək. Başqa sözlə Rusiya səfirini itirsə də, olay sanki Kremlin işinə yarayacaq, Türkiyəni daha çox özünə tərəf çəkməyə müvəffəq olacaq", - deyə E.Şahinoğlu əlavə edib.

Orxan Aslanlı

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol