• $
  • €
  • ₽
  • ₺
  • £

“KVN”də Qarabağ qalmaqalı

“KVN”də Qarabağ qalmaqalı
12.01.2017 16:17
İki gündür ki, Rusiyanın Şoçi şəhərində start götürən "KVN - 2017” festivalı Azərbaycanda müzakirələrə səbəb olub.

ANN.Az-ın Qafqazinfo-ya istinadla məlumatına görə, festivala Qondarma Dağlıq Qarabağ Respublikasından da komanda dəvət olunub.

Qondarma DQR-nin "С хлебом и солью” ("Duzlu-çörəkli”) komandasını festivala klubun rəhbəri Aleksandr Maslyakov özü dəvət edib. 

Hətta qrup dəvət məktubunun fotosunu sosial şəbəkədəki səhifələrində paylaşıb. "С хлебом и солью” dəvət üçün rəhbərliyə təşəkkür edib.

Bundan sonra festivalın saytında komanda rəsmi olaraq siyahıya salınıb.

Şən və Hazırcavablar Klubunun bu addımı Azərbaycan mediasında və sosial şəbəkələrdə birmənalı qarşılanmayıb.

"DQR” klubunun rəhbəri Georgi Avetisyan azərbaycanlıların sərt reaksiyasına münasibət bildirib.

O qeyd edib ki, KVN hər zaman siyasətdən kənar olub:

"Bu, bizim komanda üçün sayca 3-cü festivaldır. Ümid edirik ki, uğurlu çıxışımız olar, yüksək tura keçə bilərik. Belə hal birinci dəfə deyil. Biz siyasətin içində deyilik. Ümumiyyətlə, KVN həmişə siyasətdən uzaq olub. Bu cür hallara heç bir reaksiya vermirik”.

"Qafqazinfo” mövzu ilə bağlı Mədəniyyət və Turizm Nazirliyi və Xarici İşlər Nazirliyi ilə əlaqə saxlayıb. Onlar məsələyə şərh bildirməyiblər.

Xatırladaq ki, festival yanvarın 23-ə kimi davam edəcək.

Komandanın yarış üçün aldığı dəvətnaməni və onların siyahıya daxil edilməsini sübut edən sənədləri təqdim edirik:



www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol