• $
  • €
  • ₽
  • ₺
  • £

İlham Əliyev İpək Yolu ilə bağlı bir sıra təkliflər irəli sürüb

İlham Əliyev İpək Yolu ilə bağlı bir sıra təkliflər irəli sürüb
20.01.2017 20:35
Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 19-da Dünya İqtisadi Forumunun "İpək Yolunun səmərəsi” adlı interaktiv iclasında İpək Yolu ilə bağlı bir sıra təkliflərlə çıxış edib.

Trend-in məlumatına görə, dövlət başçısı bildirib ki, Azərbaycanda bütün əsas nəqliyyat infrastruktur layihələri dövlət büdcəsindən və Dövlət Neft Fondundan maliyyələşdirilib:
 
"Çünki birincisi, özəl sektorun investisiya yatırmaq üçün kifayət qədər vəsaiti yox idi və ikincisi, bu, strateji və uzunmüddətli investisiya idi. Bu investisiyalar uzun illər ərzində özünü doğruldacaq və gəlir gətirəcəkdir. Buna görə dəmir yolu infrastrukturu, Xəzər gəmiçiliyi, hava yolları, yollar, İpək Yolu - hər şey dövlət vəsaiti hesabına edilir. Lakin bu, özəl sektor üçün də imkanlar yaradır.

Mən Bakıda yeni limanın tikintisini qeyd etdim. Bizim artıq azad zona kimi bir neçə min hektar torpaq ərazimiz var və bu, dəniz limanının yaxınlığında yerləşir. Bütün yerli və xarici şirkətlər bu layihədə iştirak etməyə və istehsal prosesinə qoşulmağa dəvət olunurlar. Eyni zamanda, Azərbaycanın müxtəlif bölgələrində xüsusi sənaye zonaları təşkil etmək üçün biz xüsusi infrastruktur yaradırıq və orada su, qaz, elektrik enerjisi, yollar, dəmir yolu olduqda özəl sektor artıq investor qismində iştirak edir. Bundan sonra onlar bu işlərə cəlb olunurlar. Beləliklə, biz özəl sektora yaxşı şərait yaratmağa və onlar üçün çox ağır olan maliyyə yükü qoymamağa və infrastruktur yaratmaqla özəl sektoru stimullaşdırmağa çalışırıq".

İlham Əliyev qeyd edib ki, bu gün bir çox ölkələr İpək Yolunun müxtəlif seqmentlərinə diqqət yetirir:
 
"Biz bilirik ki, İpək Yolu qlobal layihədir. Ona görə də mənim təklifim İpək Yolu üzərində yerləşən, İpək Yoluna qoşulmaq istəyən, lakin ola bilsin, ona yaxın olmayan bütün ölkələrin nazirlərinin görüşünün təşkil edilməsi, layihənin yenidən nəzərdən keçirilməsi və nə vaxt, nəyi etmək lazım olması - qrafik, hədəflər, həyata keçirilmə ilə bağlı konkret qərarların qəbul edilməsi və bütün ölkələr arasında əlaqələndirmə qurumunun yaradılması, ildə bir dəfə görüşün keçirilməsi və layihənin icrasına nəzarət olunmasından ibarətdir".

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol