• $
  • €
  • ₽
  • ₺
  • £

MN: Hərbçilərimizin meyiti ermənilərdə deyil

MN: Hərbçilərimizin meyiti ermənilərdə deyil
27.02.2017 16:31
Müdafiə Nazirliyi ermənilərin həlak olan Azərbaycan hərbçilərinin meyitlərinin qaytarılmasına hazır olduqları barədə yaydıqları məlumatlara münasibət bildirib.
 
Müdafiə Nazirliyindən APA-ya bildirilib ki, bu, erməni tərəfinin hadisəni spekulasiya etməsidir: "Həlak olan hərbçilərimizin meyitləri ermənilərin əlində deyil ki, onlar da cəsədləri bizə qaytarsınlar. Həmin ərazi Silahlı Qüvvələrimizin nəzarəti altındadır. Beynəlxalq vasitəçilərin orada olması isə əlavə qan tökülməməsi üçün atılan addımdır. Ermənistan tərəfinin bu cür məlumatlar yayması, bəzi yerli saytların da bunu tirajlaması hazırda həyata keçirilməkdə olan humanitar əməliyyatın pozulmasına yönəlmiş addımdır.  
 
Qeyd edək ki, ermənilər döyüş meydanında qalan Azərbaycan hərbçilərinin meyitlərini qaytarmağa hazır olduqlarını açıqlayıblar. 
 
Müdafiə Nazirliyinin yayadığı məlumata görə, fevralın 24-dən 25-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bütün cəbhə boyu törətdiyi irimiqyaslı təxribatların qarşısını alarkən şəhid olmuş hərbi qulluqçularımız Abdullayev Aqşin İsmayıl oğlu, Nəzərov Şahlar Yaşar oğlu, Haşımlı Tural Əbdül oğlu, Qədimov Zülfü Rəhim oğlu və Cəfərov Zakir Nazim oğlunun nəşinin döyüş meydanından çıxarılması məqsədilə ATƏT və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələrinin vasitəçiliyi ilə müvafiq tədbirlər həyata keçirilir.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol